"Onlarla erməni əsgərini rahatlıqla əsir götürə bilərik" - Şok açıqlama

"Onlarla erməni əsgərini rahatlıqla əsir götürə bilərik" - Şok açıqlama"Atalar deyir ki, "qurdla dostluq et, amma çomağı əlindən yerə qoyma". Bizim Ermənistanla dostluğumuz həmişə bu səviyyədə olub. Biz nə vaxt çomağı yerə qoymuşuqsa, İrəvan bir oyun çıxarıb".

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Analitik 32 erməni hərbçinin Ermənistana qaytarılmasından sonra İrəvanın yenidən sülh sazişi masasından yayınması ehtimalına toxunub.

Xatırladaq ki, bir sıra analitiklər 32 hərbçinin geri qaytarılmasından sonra İrəvanın sülh sazişinin imzalanması məsələsini yenidən tormozlayacağı bağlı iddialar irəli sürüb. Onların fikrincə, mövcud status-kvo Ermənistana sərf edir.

N.Şəfiyevin fikrincə, burada ermənilərin hansısa niyyətləri var ki, biz onu aşkar edib onların əvəzinə söyləyə bilmərik:

"Biz, sadəcə olaraq, öz hərəkətlərimizə, qəbul etdiyimiz qərarlara cavabdeh ola və öz məqsədimizi ortaya qoyub ona doğru irəliliyə bilərik. Bu baxımdan, biz 32 erməni əsiri verib 2 hərbi əsirimizi geri almışıq. Əslində, bunu zəiflik və uduzmaq kimi qiymətləndirənlər də çoxdur ki, 32 erməni yerinə 2 erməniyə 2 azərbaycanlı götürərdik. Niyə bunu etmədik və s?

Mən illər öncə də deyirdim ki, müharibə zamanı, sadəcə və sadəcə, bizim insanların, əsgərlərin və zabitlərin canını qorumaq lazımdır. Mən 1 azərbaycanlımın canını 1000 erməniyə dəyişmərəm. Söhbət də ondan gedir ki, biz 2 ailəni xoşbəxt etmək üçün 32 ermənini buraxdıq. Bu, həm də bizim güc və qüdrətimizi göstərir. Əgər Ermənistan bizim 2 əsgərimizi götürə bilirsə, biz də öz ərazimizdə onlarla erməni əsgərini rahat əsir götürə bilərik".

"O ki qaldı sülh sazişinin imzalanmasına, Azərbaycan əlindən gələni edir ki, bu saziş imzalansın və bundan sonra da əlindən gələni edəcək. Biz, istər ermənilərə, istərsə də onları qoruyan və vasitəçiliyə çalışan qurumların hamısına göstərdik ki, niyyətimiz və istəyimiz safdır. Biz Azərbaycan olaraq, doğrudan da, sülh sazişini istəyirik. Amma bunun üçün biz nə öz maraqlarımzıdan keçən deyilik, nə də ermənilərə güzəştə keçməkdən deyilik. Bunu dəhliz məsələsi də göstərdi. Çünki Azərbaycan əlinin altında daim alternativ vasitələri saxlayır və çox güman ki, sülh danışıqlarında da alternativ vasitələr var", - deyə o, əlavə edib.

Siyasi təhlilçinin qənaətinə görə, bu razılaşmanın çox müsbət bir cəhəti o oldu ki, tərəflər vasitəçisiz öz aralarında danışıb, ortaq məxrəcə gəlib məsələni həll edə bildilər:

"Çünki bu günə kimi vasitəçilər vasitəsilə Bakı və İrəvan demək olar ki, 1 addım da irəliliyə bilməyib. Haradasa razılığa gəliblər, Paşinyan bəyanatlar verib, amma bununla bağlı hansısa irəliləyişə doğru addım atılmamışdı. Amma bu razılaşma tərəflər arasında inamı və gələcəyə ümidi artıran konkret bir irəliləyişdir. Mən bu razılaşmada ən müsbət tərəf kimi 2 ailədə olan sevinci göstərə bilərəm. Bu sevinc dünyaya dəyər bir sevincdir ki, ölkə rəhbərliyi bu addımı ilə o sevinci bəxş etdi".

"Ermənilər sülh sazişi ilə bağlı 3 maddə üzrə Azərbaycanın razılığını istəyirsə, Azərbaycan da 3 maddə üzrə 2 maddənin həyata keçirilməsini tələb edir. Bütün bu amillər üçün, sadəcə, 1 həftə vaxt və Ermənistanın razılığı lazımdır. Əgər ermənilər bu prinsiplərlə razılaşalar, Yeni ildən əvvəl də bu sazişi imzalamaq olar. Ermənistanın qoltuğunun altına qarpız yığan dövlətlər bir gün əlini çəksələr və biz İrəvanla üzbəüz söhbət etsək, onların özü dərhal həmin sazişi imzalayar. Çünki onların başqa cür rahat yaşamaq imkanı yoxdur", - o, fikirlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1917   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr