Ananın uşağını "unutduğu" taksinin sürücüsü: "Sifarişi başqası vermişdi" - AÇIQLAMA
"Xanım xahiş edib maşını saxlatdı. Dedi ki, bir dəqiqəyə gəlirəm, sonra geri qayıtmadı".
Bu sözləri Oxu.Az-a açıqlamasında qadının uşağını "unudub" getdiyi taksinin sürücüsü Eldəniz Tanarverdiyev deyib.
O, hadisənin təfərrüatı barədə danışıb. Qeyd edib ki, qadının gəlmədiyini gördükdən sonra dərhal polis əməkdaşlarına məlumat verib:
"Hadisə ötən gün baş verib. Xanımı övladı ilə bərabər təxminən 18:30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində götürdüm. Sifariş Masazır dairəsinə idi. Yol tıxac idi. Təxminən 19:40-da "Şamaxinka"da, hospitalın yanında idik. Xanım birdən maşını saxlamağımı xahiş etdi, bir dəqiqəyə gələcəyini bildirdi. Uşaq anası gedən kimi ağlamağa başladı. 20 dəqiqə gözlədim, lakin geri qayıtmadı. Dərhal polisə zəng vurub, məlumat verdim".
Sürücü xanımın əlaqə nömrəsinin olmadığını da bildirib:
"Xanımın telefonu da yox idi. Sifarişi edən nömrəyə zəng vurdum, zəngi bir şəxs açdı. Bildirdi ki, xanım yolda ona müraciət edib, telefonu olmadığını, taksini Masazır dairəsinə sifariş etməyini xahiş edib.
Onun pulu olmasaydı da, mən ondan heç vaxt pul istəməzdim. İnsanlıq halıdır. Uşağı evə apara bilərdim. Amma xanımı sonradan tapa bilmərəm deyə polisə bildirdim".
"Yolboyu uşaqla kobud rəftar etmirdi. Düşünürəm ki, imtina etsəydi, Bakıxanovda qoyardı. Xanımın düşdüyü yerə arxasınca gedə bilmədim. Çünki uşağı tək qoya bilmirdim. Maşın da yolun ortasında qalmışdı. Başqa yerə sürmürdüm ki, yeri itirməsin. 2009-cu ildən taksi sürücüyəm. Təcrübəm var. Uşağı polisdən başqa heç kimə etibar edə bilməzdim. Uşaq indi sığınacaqdadır", - deyə E.Tanarverdiyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2766 Tarix: 09 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabr