Ermənistanın anladığı reallıq: Qərb xeyir vermək əvəzinə...

Ermənistanın anladığı reallıq: Qərb xeyir vermək əvəzinə..."Bu, çox ümidverici başlanğıcdır, çünki həmişə belə bir addımların ilki böyük başlanğıclara yol açır. Əgər bu baş veribsə, deməli, buna qədər artıq razılıq əldə olunub. Birinci şəxslər prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan öz razılığını verib və təmaslar başlanılıb".

Bu fikirləri politoloq Tofiq Abbasov Azərbaycan və Ermənistan arasında humanizm prinsiplərinə əsaslanan əsirlərin mübadiləsi haqqında əldə oluna razılığı şərh edərkən deyib.

Tofiq Abbasov deyib ki, burada əsas məsələ odur ki, danışıqlar prosesində üçüncü tərəflər yoxdur, yəni vasitəçilərə heç bir lüzum yoxdur. Digər tərəfdən də, birgə bəyanatın qəbul olunması ondan xəbər verir ki, yeni etimad mühitinin formalaşmasına başlanılıb.

"Bu zəmində beynəlxalq təşkilatların xətti ilə keçirilən proseslərdə tərəflərin bir birinə dəstək verməsi özünü büruzə verir. Mən deyərdim ki, bu, çox müsbət bir göstəricidir. Çünki beynəlxalq platformalarda da bizim nümayəndələr bəzi hallarda bir-birini inkar edirdilər, bir-biriləri ilə təmaslardan qaçırdılar və sonra həm də çalışırdılar bir-birlərinin səylərini bloklasınlar. Ancaq indi biz görürük ki, əksinə, Ermənistan tərəfi beynəlxalq qüvvələrə çağırışlar edir ki, Azərbaycanı dəstəkləsinlər, COP 29 formatında bizim ev sahibliyimizə üstünlük verilsin və nəhayət, Azərbaycan tərəfi də qarşılıqlı tərzdə Ermənistanı dəstəkləyir".

Politoloqun sözlərinə görə bu, bir qədər gecikmiş addımdır. Çünki hələ müharibəyə qədər prezident İlham Əliyevin bir çağırışı var idi ki, gəlin bütün əsirləri hamının hamıya prinsipi üzərində dəyişək, mübadiləyə başlayaq:

"Ermənistan özünü çox yekəxana bir tərzdə apardı və bu prosesdən qaçdı. Müharibədən sonra yenə də Azərbaycan prezidenti təklif etdi ki, gəlin ikili formatda üz-üzə oturaq. Onlar istəmədilər: dördlü formatda oturaq Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə olaraq, onlar yenə də qaçdılar. Və nəhayət, biz görürük ki, Ermənistan deyəsən, artıq anlayır ki, ona havadarlıq edən Qərb qüvvələri xeyir vermək əvəzinə, problemlər yaradırlar. Və bu, əlbəttə ki, kənardan çox aydın sezilir. Çünki məkrsiz, qərəzsiz vasitəçilər çox nadir hallarda olur".

Tofiq Abbasov deyib ki, Azərbaycan həmişə Ermənistana çox yüksək səviyyəli əməkdaşlıq təklif edib:

"Bu, bizim zəifliyimizdən yox, gücümüzdən, özümüzə arxayın olmağımızdan irəli gələn təkliflər idi.

Odur ki, indiki mərhələdə baş verən bu hadisəni çox yüksək dəyərləndirmək lazımdır. Ermənistan tərəfi imkan verməməlidir ki, hər hansı kənar qüvvələr və təsirlər bu məsələlərə müdaxilə etsinlər. Necə ki, əvvəllər də biz bu kimi halların şahidi olmuşuq. Ermənistan özü gərək bunun marağında olsun. Biz özümüzə arxayınıq, Ermənistan da gərək məqsədyönlü şəkildə öz hədəflərindən yayınmasın".

Mənbə: publika.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 908   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

Rus ordusu Xarkovun 3 kəndini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

1 oktyabr
.

UKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra

2 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr