Putin namizədliyi barədə Seçki Komissiyasına bildiriş göndərib
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına bildiriş göndərib.
Sonxeber.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
"Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq" ,- deyə o bildirib.
Ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.
Rusiya prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1041 Tarix: 11 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabr