Metroda qatarlar niyə yayda isti, qışda soyuq olur? - AÇIQLAMA
Son günlər Bakı Metropolitenindən istifadə edən sərnişinlər qatarların içərisinin soyuq olmasından şikayətlənirlər.
Müxtəlif vaxtlarda qatarlarda temperaturun nisbətən aşağı salınması barədə paylaşım edilsə də, vəziyyət dəyişməz olaraq qalıb.
Bəs "Bakı Metropoliteni" QSC bu məsələ ilə bağlı hansı tədbirləri görəcək? Qatarlar niyə yayda isti, qışda soyuq olur?
Sonxeber.az-ın məlumatına görə, mövzu ilə əlaqədar qurumun Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sistem öz-özünü avtomatik qaydada tənzimləyir:
"Bu, sadəcə, kondisioner deyil, mikroiqlim nəzarəti (rütubət, hərarət, tozluluq, hava çirkliliyi və s.) rejimidir. Maşinistin sistemi xüsusi qaydada qoşmaq-söndürmək səlahiyyəti yoxdur. Qatar depodan çıxanda bu sistem işə salınır və qatar depoya qayıdana qədər söndürülə bilməz. Sistem sərnişinin minimal həddindən maksimal tutum həddinə qədər hesablanıb. Qatara sərnişinlər daxil olduqca vəziyyətin dəyişdiyini özünüz də hiss edə bilərsiniz.
Həmçinin, bu sistemin söndürülməsi təlimatla olmalıdır. Əgər belə bir təlimat hazırlanarsa, daha çox sərnişin əziyyət çəkəcək. Çünki sistem bütün sərnişin salonunda mikroiqlimin, bəzən yayda hiss etdiyiniz kimi, bir neçə parametr üzrə tənzimlənməsini çatdırmayacaq. Qapılar açılıb-bağlandıqca, sərnişin minib-düşdükcə, sayı artıb-azaldıqca problemlər yaranacaq və narazılıq olacaq.
Hərarətə gəldikdə, salon müəyyən göstərici həddinə çatdıqda kondisionerin sürəti avtomatik sistemlə artıb-azalır. Yəni sistemin proqram təminatı ümumi temperatur rejimini uyğunlaşdırır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 767 Tarix: 13 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabr