"Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir" - İnfeksionist həkim İbrahim Rufullayev - VİDEOMÜSAHİBƏ
"Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir".
Bu sözləri infeksionist həkim İbrahim Rufullayev Sonxeber.az-a müsahibəsində deyib.
Həkim qeyd edib ki, peyvənd həm effektivlik baxımından daha yaxşı nəticə verir, həm də digər tədbirlərə xərclənən vəsaitdən daha ucuz başa gəlir:
"İnfeksion xəstəliklərdən qorunmaq üçün bu xəstəliyin hansı yolla yayıldığını bilmək lazımdır. Qızılca hava-damcı yolu ilə yayılır. Ondan qorunmaq üçün iki yol var: Peyvənd və olduğumuz yerdə gigiyenik tədbirlərə riayət etmək. Gigiyenik tədbirlərə Covid dönəmində bu mədəniyyətin yaranmasına vadar edən maska taxmaq, əl yumaq, ictimai yerlərdə ara məsafəsi saxlamaq, otağın havasını tez-tez dəyişdirmək daxildir. Bizim milli peyvənd təqvimində qızılca da öz yerini alır. Bir yaşdan 1-ci doza, 6 -7 yaşlarda 2-ci doza vaksin olur. Qızılca vaksini üçlü formadadır. Hansı yol daha effektivdir deyə müqayisə aparsaq, peyvəndi seçmək lazımdır. Peyvənd həm effektivlik baxımından daha yaxşı nəticə verir, həm də digər tədbirlərə xərclənən vəsaitdən daha ucuz başa gəlir".
O vurğulayıb ki, qızılcanın ağırlaşması pnevmoniya, orta qulağın iltihabı, nevroloji ağırlaşmaya səbəb ola bilər.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa