Xalq şairi Ramiz Rövşənin 77 yaşı tamam olur
Bu gün Xalq şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi Ramiz Rövşənin 77 yaşı tamam olur.
Sonxeber.az xəbər verir ki, Rövşən Ramiz Məmmədəli oğlu 1946-cı il dekabrın 15-də Bakının Suraxanı rayonu Əmircan kəndində anadan olub.
Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1976–1978-ci illərdə Moskva Ali Ssenari Kurslarını bitirib.
1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974–1975-ci illər kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979–1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü, 1987–1992-ci illərdə kinostudiyanın baş redaktoru, 1992–2020-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində işləyib.
Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
O, 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.
2019-cu ildən Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
Yazıçı Yaşar Əliyevin qardaşıdır. Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə
5 iyunXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustElçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustPrezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabr