Qərbin Rusiyanı çökdürə bilməməsinin ƏSL SƏBƏBİ - Kremlin GİZLİ GÜCÜ

Qərbin Rusiyanı çökdürə bilməməsinin ƏSL SƏBƏBİ - Kremlin GİZLİ GÜCÜ2022-ci il fevralın 24-dən başlayan Ukrayna-Rusiya müharibəsi hələ də gərgin fonda davam edir. Bu müddətdə istər Qərb, istərsə də ABŞ tərəfindən Rusiyaya sanksiyalar tətbiq olundu.
Rusiyalı milyonçuların Avropa banklarındakı əmanətləri donduruldu. Ukraynaya bir çox Avropa ölkəsindən həm pul, həm də silah yardımı edildi. Ancaq çoxsaylı qadağalara, sanksiyalara baxmayaraq, Rusiya çökmədi və hələ də müharibəni davam etdirir.

Maraqlıdır, Rusiya bu gücü haradan alır?

Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı danışıb. O, məsələni belə izah edib:

"Ölkələrin ərazisi nə qədər böyükdürsə, insan potensialı nə qədər çoxdursa, bir o qədər xaricdən təsir edən faktorlara davamlı olurlar.

Bu ölkə dünyanın əsas kənd təsərrüfatı mallarının istehsalçıdır. Həmçinin iri enerji istehsalçıdır. Böyük xammal bazası var. Bunlar Rusiyanın rəqabət üstünlüyüdür. Sözügedən ölkə öz avtomobillərini, təyyarələrini istehsal edir. Dünən Putin bu barədə danışarkən qeyd etdi ki, 2030-cu ilə qədər 1000 ədəd təyyarə istehsal ediləcək. Bundan əlavə, Rusiyanın geniş xarici ticarət şəbəkəsi var. Bir çox bazarlarda hərbi texnika baxımından aparıcı rol oynayır".

"Rusiyanı dünyadan təcrid etmək mümkün deyil"

Politoloq bildirib ki, Rusiyanın iqtisadiyyatını dünya iqtisadiyyatından təcrid etmək mümkün deyil:

"Dünyada hazırda 25 irimiqyaslı atom elektrik stansiyası layihələri həyata keçirilir. Bu layihələrin 22-nə Rusiya icra edir. Bu, ondan xəbər verir ki, ölkənin böyük potensialı var. Avropa bazarlarında Rusiyanın qazının, neftinin mühüm payı var. Buna görə də iqtisadi potensialını 1 il ərzində çökdürmək mümkün deyil. Ciddi adamlar bunu düşünə bilməz. Rusiya bu müharibəyə davamlıdır. Müharibə Ukraynanın ərazisində gedir. Əsas itkilər Ukraynada tərəfdəndir.

Dünən Putin dedi ki, Rusiyanın təxminən 675 min hərbçisi Ukraynada döyüşür. Ukrayna ordusunun orta yaş səviyyəsi 35-40 yaşdır.

Bu, o deməkdir ki, gənclər orduya getmir. Çünki ordudan qaçırlar. Ukraynanın ümumi daxili məhsulu 133 milyard, ümumi borcu isə təxminən 130 milyard dollardır. Ukraynanın artan borcu təxminən ümumi daxili məhsulu ilə bərabərdir. Bu borcları kim qaytaracaq, necə qaytaracaq?...

Hazırda Rusiyanın iqtisadiyyatı 3,5 faiz yüksəlib. Bunlar real faktlardır, bu faktlarla hesablaşmaq və nəticə çıxarmaq lazımdır".

Mənbə: bizim.media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 756   Tarix: 16 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hörmüz boğazında neft tankerinə hücum edilib

Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli

2 oktyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

UKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra

2 oktyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

İsrail ordusu Qəzzanın şimalındakı HƏMAS briqadasının komandirlərinin girov götürüldüyünü açıqladı

Ordu və İsrail Təhlükəsizlik Agentliyinin (Şin Bet) cümə günü açıqladığı məlumata görə, çərşənbə axşamı İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri 7 oktyabr hadisələrindən sonra girov saxlayıb. The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafi

2 oktyabr
.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr