Hindistan Ermənistana "Akaş" raketləri satıb
"EurAsianTimes" Hindistanın Ermənistana "Akaş" zenit-raket komplekslərini satdığına dair məlumatlar dərc edib.
Bu mövzuda danışıqların aparılması ilə bağlı məlumatlar daha əvvəl ortaya çıxsa da, nə İrəvan, nə də Nyu Dehli bunu təsdiqləməyib.
"Akaş" Hindistanın "Bharat Dynamics Limited" (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. İstehsalçının vebsaytına əsasən, mobil platformalarda yerləşdirilən bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir.
"ICICI Securities" xəbər bülleteni BDL-nin sifarişlər kitabına istinadən bildirir ki, şirkət "bu yaxınlarda "Akaş" yer-hava raket sistemlərinin ixracı üçün sifariş alıb". Müştərinin Ermənistan olduğunu təxmin etmək çətin deyil.
"EurAsianTimes yazır" ki, "Akaş" "Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, "hava-yer" və "yer-yer" raketləri almaqda da maraqlıdır".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 812 Tarix: 16 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əraqçi AEBA direktorunu etimadı pozmaqda təqsirləndirib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, AEBA-nın baş direktoru Rafael Qrossinin İslam Respublikasının nüvə obyektlərinə hücumlara qarşı reaksiya verməməsi agentliyə etibarı sarsıdır. "Report"un məlumatına görə, bu barədə onun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubd
5 aprelİran sabah Hörmüz boğazını aça bilər
İran Hörmüz boğazını məhdud rejimdə aprelin 9-u və yaxud 10-u aça bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı danışıqlarda iştirak edən iranlı məmura istinadən "Reuters" agentliyi yayıb. Boğazın açılmasının aprelin 10-da Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələr
8 aprelTürkiyədə də uşaqlara sosial şəbəkələr qadağan edilir
Türkiyə parlamentində 15 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi başlayıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşəbbüs platformalardan yaş yoxlama sistemləri qurmağı, valideyn nəzarəti alətlər
8 aprelİndoneziya BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanəti tələb edib
Rəsmi Cakarta Livanda İndoneziya əsgərlərinin öldürülməsindən sonra bütün BMT sülhməramlılarının təhlükəsizliyini tələb edib. "Report" xəbər verir ki, bu barədə İndoneziya xarici işlər naziri Sugiono danışıb. Nazir vurğulayıb ki, Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrind
5 aprelCənubi Koreya Hörmüz boğazındakı vəziyyətdən narahatdır
Cənubi Koreyanın maliyyə naziri Ku Yun Çhol Hörmüz boğazı yaxınlığında enerji təhlükəsizliyini və Koreya gəmilərinin təhlükəsizliyini gücləndirmək üçün Körfəz ölkələrindən olan səfirlərlə görüşüb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik bu barəd
5 aprelÇin Polşa boyda səhrada 66 milyard ağac əkib: Nə dəyişib?
Çoxsaylı onilliklər ərzində aparılan ağac və kol əkini nəticəsində Çinin şimal-qərbində yerləşən son dərəcə quraq Takla-Makan səhrasının kənar hissəsi xalis karbon udan zonaya çevrilib və bu ərazi indi atmosferə buraxdığından daha çox karbon qazı udur. Qaynarinfo xəbər verir ki, bu barədə "Rconews"
6 aprelKİV: İran İsrailin elektrik stansiyalarını hədəf siyahısına əlavə edib
İran və dəstəklədiyi silahlı qruplar İsraildəki iki böyük elektrik stansiyasını potensial hədəflər siyahısına əlavə edib. "Report"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib. Onların məlumatına görə, İsraili təmin edən iki böyük elektrik stansiyas
5 aprel