Almaniya nəşrindən iddia: Ukrayna 2024-cü ildə yeni əks-hücuma hazırlaşır?

Almaniya nəşrindən iddia: Ukrayna 2024-cü ildə yeni əks-hücuma hazırlaşır?Almaniyanın "Welt" nəşri Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə yeni əks-hücuma hazırlaşması ilə bağlı versiyanı təqdim edən material dərc edib.

Materialda təhlükəsizlik eksperti və siyasi məsələlər üzrə məsləhətçi Niko Lanqenin fikirləri yer alıb.

Lanqenin fikrincə, Ukrayna, ehtimal ki, indi yeni əks-hücum üçün resurslar toplayır.

Yazıda bu versiyaya sübut kimi Ukraynanın ABŞ-yə verdiyi siyahıda tələb olunan silahların adları sadalanıb. Belə ki, siyahıya "Black Hawk" və "Apache" helikopterləri, "F-16" və "F-18" təyyarələri, raket sistemləri, "Abrams" tankları, pilotsuz uçuş aparatları daxil edilib.

"Ukraynanın bu sifarişi manevr müharibəsinə keçid edilməsi ilə bağlı yeni cəhddən xəbər verir", - deyə Lanqe bildirib.
Onun sözlərinə görə, ola bilər ki, yayda Ukraynanın əks-hücumları zamanı reallaşdırılmayan müxtəlif döyüş sistemlərinin kombinasiyalarından da istifadə nəzərdə tutulsun.

"Welt" qeyd edib ki, Dnepr çayının sol sahili yeni əks-hücum üçün başlanğıc nöqtəsi ola bilər.

Nəşr, həmçinin iddia edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bu ilin iyununda başlayan əks-hücumun tərəfdarı olmayıb, sürətli irəliləyiş əldə edilmədiyi üçün strategiyanın dəyişdirilməsi ən ağlabatan variant hesab edilib və bu da lazımi vaxt qazanmağa imkan verib.

Eyni zamanda "The Washington Post" Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinaya istinadən yazıb ki, Pentaqondan sızan bəzi xəbərlər Kiyevə əks-hücum əməliyyatını təxirə salmağa kömək edib. Bu əks-hücum əməliyyatının reallaşdırılması isə ölkənin böyük həcmli silah tədarükünü gözləməsi səbəbindən təxirə salınıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 832   Tarix: 16 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs

30 sentyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr