MDB Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanda, Qafqaz regionunda və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider anlayışı ilə assosiasiya olunur.
Qarşınızda duran məsul məsələlərin həlli sizin Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr etdiyiniz fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir.
Qəti əminəm ki, Sizin yüksək işgüzarlığınız və çox böyük intellektual potensialınız bundan sonra da Azərbaycan və onun xalqı naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcəkdir.
Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin təşəbbüslərinə daimi dəstəyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb