Bakı onu izləyir: cəzasız qalacağını düşünürsə… - Ekspert

Bakı onu izləyir: cəzasız qalacağını düşünürsə… - EkspertAzərbaycanın 19-20 sentyabrda 24 saat ərzində həyata keçirdiyi lokal antiterror tədbiri dünyada çox nadir rast gəlinən əməliyyatdır. Əməliyyat zamanı düşmənin silahlı dəstələrinin bir hissəsi məhv edildi, digər hissəsi isə təslim olmağa məcbur oldu. Eyni zamanda bir sıra xüsusi cinayətkarlar sərhəddən qaçmaq istəyərkən yaxalandı.

Bu sözləri separatçı Samvel Babayanın son fəaliyyətləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Azərbaycan dövlətinin bütün separatçıların fəaliyyətini dəqiq şəkildə izlədiyini, ehtiyac yarandığı halda ən kəskin addımların atılacağını vurğulayıb:

"Samvel Babayan və Samvel Şahramanyan kimilər isə məcbur olub ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıdığı üçün dövlətimiz humanistlik göstərərək onları həbs etmədi. İndi isə bu şəxslərin İrəvanda həddindən artıq aktivləşdiyini, yenidən Qarabağ məsələsini gündəmə gətirməyə, beləliklə öz siyasi ömürlərini uzatmağa çalışdıqlarını görürük. Yəni Babayanın separatçıların başına gətirilməsi və yenidən onların institutlaşdırılması cəhdləri var. Aydın məsələdir ki, belə hərəkətlər Azərbaycanın maraqlarına ziddir və əlbəttə ki, müvafiq dövlət orqanları bütün bu fəaliyyətlərin hamısını izləyir, görür, qeydiyyatını aparır. İkinci ən önəmli məqam Ermənistan dövlətinin separatçılara münasibətidir. Rəsmi İrəvan Qarabağ klanına məxsus bir sıra şəxslərin fəaliyyətini aqressiya ilə qarşılayır. Çünki Paşinyan hökuməti onları Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlmə, çevriliş etmə və vətəndaş müharibəsi yaratma ehtimalına görə təhdid kimi görür. Paşinyan özü isə separatçıların təşkilatlanmasına icazə verilməsinin sülh müqaviləsinin imzalanmasına zərbə vuracağını düşünür. Əgər Ermənistan iqtidarı bunlara göz yumsa, onda onların da separatçılarla birgə hərəkət etdiyi bəlli olacaq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti humanistlik göstərərək əgər Samvel Babayan kimilərin ifadəsini alıb buraxırsa, onlar da baş verənləri unutmamalı, şanslarını doğru dəyərləndirməlidir. Çünki dövlətimiz separatçıların həm Ermənistanda, həm də ondan kənardakı bütün fəaliyyətlərini diqqətlə izləyir. Babayan bu təxribatçı fəaliyyətinin cəzasız qalacağını düşünürsə, yanılır. Məqamı gəldikdə Bakının ən sərt addımı atacağına heç kim şübhə etməsin".

Qeyd edək ki, Samvel Babayan son vaxtlar ciddi şəkildə aktivləşib. O, gah Azərbaycanla "danışıqlar aparmağa" məsul olmağı təkid edir, gah da Qarabağa muxtar status verilməyəcəyi halda sülh sazişinin bağlanmayacağını bəyan edir.

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2027   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr