Əli Əliyev: "Azərbaycanda media sektorunun dəstəyə və müdafiəyə ehtiyacı var"

Əli Əliyev: "Azərbaycanda media sektorunun dəstəyə və müdafiəyə ehtiyacı var""Yaşadığımız yüksək texnologiya dövrü bəşəriyyətin yaşayış tərzinə, habelə iqtisadiyyatın bütün sahələrinə böyük keyfiyyət dəyişiklikləri gətirib. Bu dəyişikliklər media sektorunun bir hissəsi olan televiziya yayımından da yan keçməyib. İlk baxışdan rəqəmsal iqtisadiyyatın mühüm sahələrindən olan, ölkədəki ümumi iqtisadi vəziyyətə müsbət təsir göstərməklə qeyri-neft sektorunun inkişafına təkan verəcək, dövlət büdcəsinə töhfə verəcək media sektorunun sürətlə inkişafına yol açan sehrli açar məhz burada gizlidir. Amma necə deyərlər, ən gözəl işin içində qanqaraldıcı məqamlar da var. Bizdə də yüksək texnologiyalar media sektorunda mövcud olan xoşagəlməzlikləri ortaya çıxaran "lakmus kağızı" oldu".

Bunu Oxu.Az-a açıqlamasında "İKT bazarı iştirakçıları" İctimai Birliyinin eksperti Əli Əliyev bildirib.

O qeyd edib ki, televiziya kanalları piratçılıqdan gileylənsələr də qanunsuz xəbər istehlakına qarşı mübarizədə məğlubiyyətə düçar olurlar:

"Məsələ orasındadır ki, texnologiyaların yeni səviyyəyə çıxması, bununla da ölkənin inkişafını sürətləndirmək baxımından mühüm əhəmiyyətə malik media sektorunun keyfiyyətcə dəyişməsi bir sıra zəruri şərtlərə bağlıdır. Bunlar arasında media iqtisadiyyatının əsasını təşkil edən keyfiyyətli məzmun - xəbər məsələsi mühüm yer tutur. Yəqin ki, buradakı qarşılıqlı bağlantıların izahına xüsusi ehtiyac qalmır. Beləliklə, məzmun-xəbər yaradıcılığı mərhələsində qanunsuz fəaliyyət göstərən bir qisim OTT (Over the Top) platformaları amili önə çıxır. Üstəlik də həmin yaradıcılıq mərhələsindən sonra gələn xəbərlərin şəkilləndirilməsi, satışı və istehlakı mərhələləri də eynilə qanunsuzluq girdabına yuvarlanmaqla ölkəni mühüm ziyana uğradır.

Bütün bu təhlükələri gözəl dərk edən televiziya kanalları əvvəlki kimi çarə olaraq rəsmi OTT platformalarından bəhrələnməyi görür və eyni zamanda piratçılıqdan gileylənirlər. Amma qanunsuz xəbərlər istehlakına qarşı mübarizədə bazar əfsus ki, məğlubiyyətə düçar olur.

Əvvəla, bu cür xoşagəlməz meyllərin son statistik rəqəmlərdə də əyani əks olduğunu qeyd etməliyik.

"Televiziya tamaşaları bazarının son araşdırmalarına (MARSA, Orion) görə, Azərbaycan əhalisinin 76 faizi peyk yayımının tamaşaçısı, 15 faizi kabel televiziyası, 4 faizi İPTV abunəçisi, 3 faizi də yerüstü rəqəmsal yayım tamaşaçısıdır. Və bütün bu tamaşaçı kütləsinin 18 faizi teleefirə qanunsuz OTT platformaları üzərindən baxır. Yəni tamaşaçıların beşdəbirinə yaxını qanunsuz video kontentə tamaşa edir".

Onun fikrincə, peyk yayımı tamaşaçılarının böyük hissəsi bölgələrdə milli və Türkiyə kanalları tamaşaçılarının payına düşür:

"Ölkə ərazisinin 70 faizindən çoxunu əhatə edən yerüstü yayım vasitəsilə isə yalnız yerli kanalların yayımı həyata keçirilir.

Kabel televiziyaları əsasən böyük şəhərlərdə fəaliyyət göstərir və rusdilli kanalların da yayımını həyata keçirdikləri üçün abunəçilərinin əksəriyyəti, ölkə əhalisinin 18 faizinə yaxınını təşkil edən rusdilli əhali nümayəndələridir.

İPTV xidmətləri bir neçə yerli operatorlar tərəfindən göstərilir və bu xidmətlərin daha geniş yayılması məhz piratçılıq platformalarının intişar tapması ilə əngəllənir. Yəni bazarın müəyyən bir hissəsini ağuşuna alan qanunsuz platformalar vətəndaşlarımızın keyfiyyətli yayıma çıxmasına mane olmaqla ölkə yayımçılarının və dövlətin büdcəsinə ziyan vurur".

Ekspert həmçinin qanunsuz fəaliyyət göstərən OTT platformaların ödənişsiz əsasla daha çox sayda xarici telekanalların yayımını həyata keçirməklə tamaşaçı sayını artırdıqlarını da qeyd edib:
"Bu növ siqnal qəbulu ödənişli televiziya bazarının inkişafını əngəlləyir. Bu məsələ idman kanal paketlərinə abunələrin də sayına olduqca mənfi təsir göstərib. Məsələn, Türkiyənin futbol superliqası "beIN Sports" kanalları tərəfindən eksklüziv olaraq yayımlandığı üçün Azərbaycanda 10 ildən artıqdır abunə şəbəkəsini genişləndirməyə çalışan "Digitürk" nümayəndəliyi fəaliyyətinə xitam verib. Həmçinin idman kanallarını eksklüziv yayımlayan qanuni OTT platforması olan "Setanta Sports" da eyni çətinliklərlə üzləşərək son dörd il ərzində Azərbaycanda üç dəfə satış üzrə tərəfdaş nümayəndə dəyişib. Bu misallar əyani olduğu üçün qanunsuz OTT platformaların tətik rolunu necə oynaya bildiyini daha dərindən anlatmaq üçün ölkənin bütün media sektoruna şamil edilə bilər.

Qanunsuz OTT platformalarının istifadəçilərinin çoxalması bir çox reklam satıcıları üçün əlverişli şərait yaradır. Yəni bu gün ölkədə qanuni lisenziya əldə etməyən xarici bukmeyker internet platformaları öz reklamlarını əslində nəzarətsiz-filansız yaya bilirlər. Bunun nəticəsində biz hər mənada, o cümlədən vətəndaşlarımızın maliyyə itkilərinə düçar olması baxımdan açıq-aşkar zərər çəkirik".

"Əslinə qalsa, bu cür qanunsuz teleyayımlarla hər birimiz rastlaşırıq. Yeri gəlmişkən, bu cür nəzarətsiz reklamçılıq fəaliyyəti həm də siyasi təbliğat imkanlarının ortaya çıxması deməkdir. Artıq Rusiya və Ukrayna istifadəçiləri bu təhlükə ilə əyani üzləşiblər.

Qəribə vəziyyət yaranıb. İqtisadi və siyasi təhdidlər ortada ikən internet və İKT sahəsində piratçılığa qarşı mübarizəyə məsul olan dövlət qurumları əllərini ağdan qaraya vurmağa tələsmirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, başqa aidiyyəti qurumlar həmin qanunsuz yayımları məhkəməyə verməli və onlarla ciddi mübarizə aparmalıdır.

Bildiyimiz kimi, qanunsuz tətbiq yüklənmiş cihazların satış məkanlarına dəfələrlə reydlər də keçirilib. Amma görünür, piratlara qarşı görülən tədbirlər kiçik cərimədən o yana getmir. Hər halda satıcıların sayı nəinki azalmır, əksinə, sosial şəbəkələrdə də kütləvi təbliğat hesabına daha da artıb", - deyə Əli Əliyev əlavə edib.

Mövcud vəziyyətin yaxın illərdə ölkə media sektoruna nə kimi təsir göstərə biləcəyi barədə danışan ekspert qeyd edib ki, bu kimi hallar gələcəkdə xoşagəlməz halların baş verməsinə əlverişli zəmin yaradır:

"Azərbaycanda rəsmi fəaliyyət göstərən telekanallardakı reklam bazarı həcminin 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcəyi birmənalıdır. Üstəlik ödənişli televiziya bazarındakı bu xoşagəlməz vəziyyət açıq fəaliyyət göstərən operatorları da əslində piratçılığa keçməyə sövq edir. Yəni deyə bilərlər ki, bu cür əlavə qazanc imkanını niyə əldən verək? Hələlik belə hallar yoxdur, amma gələcəkdə hansısa operatorun xarab işlərini düzəltmək naminə bu yola əl atmayacağına kim zəmanət verə bilər?

Yeri gəlmişkən, dövlət qurumlarının əlində bu məsələdə təsirli təzyiq və nəzarət vasitələri mövcud deyil. Kağız üzərində hər cür tədbirlər nəzərdə tutulub, amma əslində elektron media sektorunun qanuni iştirakçılarını qorumaq, qanunsuz fəaliyyətlərin qarşısını almaq istiqamətində dövlət qurumlarının səmərəli fəaliyyəti gözə dəymir.

Ayrı-ayrı piratçılıq halları yerli piratçı platformalarının inkişafına rəvac verir. Çünki lisenziyasız fəaliyyət göstərən hüquqi və fiziki şəxslər qanuni fəaliyyət göstərənlərlə rəsmi müqavilə imzalamır, rəsmi qeydiyyatdan keçmir və beləliklə də büdcəyə vergi ödəmirlər. Artıq qanuni, o cümlədən əcnəbi OTT servislərin "müstəqil", yəni piratçı yayım təşkil etməklə rəsmi lisenziyadan yayınmaları halları da var. Təbii ki, yerli kartlardan piratların xarici hesablarına ödənişdən müxtəlif "ödəniş kvest"ləri vasitəsilə yayınmaq üsulları da işlək hala gətirilib.

Gördüyümüz kimi, piratçı platformaların fəaliyyəti Azərbaycanda media sektorunun inkişafına əngəl törətməklə yanaşı onun çökməsinə belə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün səmərəli dövlət nəzarətinə ehtiyac var".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 648   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi

Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin

7 may
.

İlham Əliyev və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarə

9 may
.

İlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanl

5 may
.

Prezident Meloni ilə geniş tərkibdə görüşdü - Fotolar+Video

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedə

5 may
.

Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir

İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliy

6 may
.

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi - Fotolar

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında"

5 may
.

Bakıdan Avropaya xəbərdarlıq

Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna - Avropa Parlamenti və Avropa Şuras

5 may