Prezident seçkilərinə qədər vətəndaşların banklara olan borcu silinə bilər? - EKSPERTLƏR AÇIQLADI
Problemli kreditlərə güzəştin verilməsi ən çox müzakirə edilən məsələlərdəndir. Kredit ödənişi etməkdə çətinlik çəkən vətəndaşlar çıxış yolunun nədə olması ilə daim maraqlanırlar. Bu baxımdan bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsinə ehtiyac var. Prezident seçkilərinə qədər vətəndaşların banklara olan borcu silinər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, ümumiyyətlə bu kimi təcrübədən Azərbaycanda çox az istifadə olunub:
"Nəzərə almaq lazımdır ki, insanların kredit borcları özəl sektorda olan banklaradır. Bankların borcları silməsi təşəbbüsü onların özündən asılı olan bir məsələdir. Müxtəlif sosial aspektlərdə bənzər mövzular ortaya qoyurlar. Şəhid ailələrinə ,eyni zamanda Qarabağ müharibəsində iştirak edən şəxslərə və həssas sosial qruplara olan sosial münasibətdə bənzər təşəbbüslər ortaya çıxa bilir. Könüllü əsaslarla həyata keçirilir və burada heç bir məcburedici rol oynamır. Hətta mümkün deyil. Çünki bu özəl mülkiyyətdir. Eyni zamanda bu təcrübənin geniş yayılması iqtisadi baxımdan məsuliyyətsiz maliyyə bazarlarının formalaşmasına gətirib çıxara bilər. Bunun neqativ tərəfləri də var və dünya təcrübəsidə göstərib. Azərbaycanda da belə hallar müşahidə olunub. Bu borcların dövlət vəsaiti hesabına silinməsi özüdə hüquqi baxımdan mümkün deyil. Bu əslində digər vergi dairələrinin, vətəndaşların ödədiyi vergidə onların ictimai vəsaitlərinə və bir başqalarının maraqları çərçivəsində idarəetməyə gətirib çıxarır. Bu da doğru deyil. Hansısa korporativ sosial məsuliyyət və yaxud təşəbbüslar çərçivəsində sosial qruplara banklar tərəfindən ehtimak oluna bilər. Dövlət səviyyəsində seçki öncəsi borcların və kreditlərin silinməsi ilə bağlı heç bir təşəbbüs gözlənilmir".
İqtisadçı ekspert Xəyyam Kərimli bildirib ki, belə bir məsələ mümkün deyil. Nə bunun iqtisadi əsasları var, nə də cəmiyyətdə bunun müzakirələri gedir:
" Bank borcu büdcənin hesabına silinə bilər. Birincisi büdcədə belə bir ehtiyat nəzərə alınmayıb. İkincisi isə çoxlu suallar yaranır. Buna görə də ehtimal yoxdur. Bank borclarının silinməsinə dair nə indi, nə də gələcəkdə hər hansı bir fövqəladə vəziyyət baş verməsə borcun silinməsi mümkün deyil. Borcu silmək bankın özünün şəxsi qərarıdır. Bank borcu silmək istəsə hansısa formada qərar verə bilər. Dövlətin belə bir tələb irəli sürməsi mümkün deyil. O halda tələb irəli sürsə də, dövlət özü bunu banklara kompensasiya etməlidir. Bunun mənbəyi büdcə ola bilər. İndiki sosial-iqtisadi vəziyyətdə nə iqtisadi var, nə də gözlənilmir. Niyə bank borcu silinsin. Borcun silinməsi cəmiyyətin üzərinə yük gətirir. Bu baxımdan bank borcunun silinməsi nə ədalətlidir, nə də heç bir müzakirə olunmur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr