Yeni il gecəsində "hinduşka" yemək ənənəsi haradan gəlir? - MARAQLI ARAŞDIRMA

Yeni il gecəsində "hinduşka" yemək ənənəsi haradan gəlir? - MARAQLI ARAŞDIRMAYeni il axşamı yeməyi dedikdə ağlımıza dərhal qızardılmış və dadlı hind toyuğu gəlir. Adət ənənəyə çevrilən bu yeməyin tarixi qədimlərə gedib çıxır. Yeni il gecəsinin simvolik yeməklərindən biri olan hind toyuğu demək olar ki, bir çox dünyada yeni il süfrələrini bəzəyir. Bəs bu yeməyin yeni il gecəsi hazırlanması necə adət-ənənəyə çevrildi?

Bunu bilmək üçün əvvələ qayıtmaq lazımdır. Hind toyuqlarının İngiltərəyə 16-cı əsrin əvvəllərində, təxminən 1524-cü ildə gətirildiyi və ingilis tacirləri tərəfindən ispanlara satıldığı düşünülür. Bu tarixdən əvvəl insanlar Milad yeməyi üçün qaz, çöl donuzu, inək və hətta tovuz quşuna üstünlük verirdilər. Beləliklə, hind toyuqları Milad gecəsi üçün xüsusi bir seçim deyildi. Tarixdə Miladda hind toyuğu yeyən ilk şəxs ingilis monarxı VIII Henrix olub. Bu bir ilk olsa da, hind toyuğu əsrlər sonra ənənəyə çevrilib. Daha sonra müəllif Çarlz Dikkensin 1843-cü ildə yazdığı "Milad nəğməsi" kitabında obrazlar Milad bayramında bir-birlərinə hind toyuğu hədiyyə edirdilər. Dikkensin ailəsinin də həmin il Milad üçün hind toyuğu yediyi də məlumdur.

Tarixə daha yaxından nəzər yetirsək, hind toyuğu Yeni il yeməyi deyil,eyni zamanda Şükran yeməyidir.Şükran günü Amerika qitəsinin sakinləri tərəfindən ilin son günlərində əldə edilən bütün məhsullara və ötən ilin nemətlərinə görə şükür etmək üçün böyük ziyafət süfrələri ilə qeyd olunan milli bayramdır.Amerikada bu bayramın mənşəyi 17-ci əsrə gedib çıxır. Şükran Günündə hind toyuğunun məşhurlaşması 19-cu əsrə aiddir. Bunu səbəbi isə ​ çox bəsitdir. Çünki hər yerdə bu quşun növü var idi! Açığı, 10 milyon olduğu təxmin edilən bu quşları həmin dörvrdə yeməmək qəribə olardı.

Digər səbəb isə hind toyuğunun digər heyvanlardan daha ucuz başa gəlməsi idi. Toyuqlar hər gün yumurtlayanda, inəklər isə sağılarkən hind toyuqları yalnız əti üçün saxlanılan heyvan idi. Bu baxımdan asanlıqla istifadə olunurdu. Bundan əlavə, ölçüsünə görə hind toyuqları bir ailəyə rahatlıqla çata bilər. Buna görə də, hind toyuqları zaman keçdikcə hind toyuqları yeni ildə süfrənin bəzəyinə çevrilib və bu ənənə günümüzə qədər davam edib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1439   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr