Yeni il gecəsi nə üçün corab asırlar?

Yeni il gecəsi nə üçün corab asırlar?Məlum olduğu kimi Yeni ilin başlanğıcı İsa peyğəmbərin doğum günü ilə hesablanır və xristianlar bu bayramı Milad (mövlud) adlandırırlar. Bu bayramda çoxlu maraqlı ənənələr var ki, böyük əksəriyyəti də dini əfsanələrlə öz açıqlamasını tapır.

Görəsən, Yeni il gecəsi soba başından yeni corabların asılmasının nə mənası var?

Lent.az bu barədə məlumat verir.

Katolik dünyasında mehriban, şən Santa Klausun (ona bəzi ölkələrdə San Nicolaus və ya Noel deyirlər) real prototipi olub. O, Müqəddəs Nikolaydır.

Xeyirxahlığı, xeyriyyəçiliyi və sadəliyi ilə yaddaşlarda qalmış Likiya arxiyepiskopu Nikolay III-IV əsrlərin sonlarında Kiçik Asiyada (Türkiyə) Patara şəhərində yaşayıb.

Onun valideynləri varlı zadəganlar olublar. Müqəddəs Nikolay ibadət yoluna qədəm qoyaraq bütün varidatını yoxsullara və kimsəsizlərə paylayıb.
Yeni ilin ilk səhəri milyonlarla uşağa sevinc bəxş edən kamin üzərində gözəl rəngli corab asmaq ənənəsi Müqəddəs Nikolayla bağlıdır.

Əfsanəyə görə, Patarada üç gözəl qızı olan bir kasıb kişi yaşayırdı. Onları ərə vermək üçün atanın pulu yox idi və ata ölümündən sonra onların başına nə gələcək deyə çox narahat idi. Çünki cehizi olmayan qızları almırdılar.

Bir gün Müqəddəs Nikolay (Nicholas) onun bu mövzuda danışdığını eşidir və ailəyə kömək etmək qərarına gəlir. Ancaq ona deyirlər ki, qoca çox qürurludur və sədəqə qəbul etməyəcək. Nikolay içi qızıl sikkələrlə dolu üç torba götürərək gecə vaxtı həmin ailənin bacasından içəri girir. Bu çantaları qoymağa yer axtararkən qızların uzun corablarının kamin üstündə asıldığını görür və qızılları corabların içinə qoyur.

Qızlar bu hadisədən sonra xoşbəxt ailə qurular və bu möcüzə barədə bütün şəhər xəbərdar olur.

Ondan sonra Müqəddəs Nikolaydan hədiyyə almaq üçün insanlar corablarını soba ətrafında asmağa başlayırlar və bu ənənə günümüzə gəlib çıxıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 957   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021