Əjdaha ili sülh ilidir: 2024-də nələr olacaq? - ARAŞDIRMA

Əjdaha ili sülh ilidir: 2024-də nələr olacaq? - ARAŞDIRMAÇin mifologiyasında əjdahalar küləyi, yağışı idarə edir, havaya və məhsullara təsir edir, dünyaya firavanlıq gətirir. O, çox güclü talisman hesab olunur. Əjdaha ağıllı və qətiyyətli olanların üzünə güləcək.

Üzümüzə gələn 2024-cü il Şərq təqviminə görə Əjdaha ilidir. Özü də elə-belə yox, yaşıl Əjdaha ili. Şərq inancına görə, Əjdaha ili insanların öz arzularını və planlarını həyata keçirə biləcəyi bir ildir.

"Kaspi" qəzetinin Əjdaha ilində bizi nələrin gözlədiyi haqqında məqaləsini təqdim edirik:

Əjdaha gücün, müdrikliyin və ədalətin simvoludur. Yorulmadan çalışanları irəli aparır. Bu insanlar yolda çətinliklərlə qarşılaşsalar belə, məqsədlərinə çata biləcəklər. Əjdaha ağıllı və qətiyyətli olanların üzünə güləcək.

12 bürc arasında yeganə mifik varlıq

Çin mifologiyasında əjdahalar küləyi, yağışı idarə edir, havaya və məhsullara təsir edir, həmçinin dünyaya firavanlıq gətirir. O, çox güclü talisman hesab olunur. Bu il həm də taxta Əjdaha ilidir. Əjdahanın həm yaşıl, həm taxta olması onu daha da uğurlu edir. Çin ənənəsində ağac böyümənin, uğurun və inkişafın rəmzidir. Taxta əjdahanın enerjisi ənənəvi olaraq yaşıl rəngdədir. Əjdaha 12 bürc arasında yeganə mifik varlıqdır. Bu səbəbdən onun ən enerjili və güclü olduğuna inanılır. Çində qızıl, gümüş və boz-ağ rənglərin əjdahaya uğur gətirdiyinə inanırlar. Çin ulduz falına görə, 2024-cü ili məhz bu çalarlarda qarşılamaq lazımdır. İlin simvolu yaşıl taxta əjdaha olsa da, yaşıl rəng Əjdaha ilində doğulanlar üçün uğursuz rəng sayılır.

Əjdaha müharibədən uzaqdır

Astroloq Səbuhi Rəhimli deyir ki, Əjdaha ili sülh ilidir: "Əjdaha ili Çin təqvimi ilə fevralın 10-da başlayır və 2025-ci il yanvarın 10-da bitəcək. Yanvarın 1-i isə Miladi təqvimi təzələnir. Əjdaha ili özündən əvvəl iki ilin "tullantılarını süpürməklə" məşğuldur. Tarixən bu, belə olub. Hər ilin öz xüsusiyyətləri var. Əjdaha ilində indiyə qədər böyük müharibələr müşahidə olunmayıb. Olsa da, qısamüddətli olub. Çünki əjdaha müharibədən uzaqdır. Onun üçün dava-dalaş, qırğınlar xarakterik deyil. Daha çox sülh müqavilələri bağlanan, barışıq olan, həmçinin bəzi münaqişələrin bitdiyi ildir. Yunan astrologiyasına əsasən, əjdaha ilində başlayan müharibələr elə həmin ildə də bitir. Əjdaha ilində - 1988-ci ildə yaranan Qarabağ münaqişəsinin bu il, 2024-cü ildə sülh müqaviləsi ilə yekunlaşacağı gözlənilir. Ürəkaçan cəhət həm də budur ki, bu il yoluxucu xəstəliklər, pandemiya gözlənilmir"
Layihələrin həyata keçdiyi il

Astroloq deyir ki, Əjdaha ili iqtisadiyyatın, mədəniyyətin inkişafı ilidir: "Bundan başqa, il insanların həyatında kollektiv yox, fərdi yaradıcılıq istiqamətində önəmli rol oynayacaq. Həmçinin daha çox özündən əvvəlki illərdə reallaşmayan, dondurulan planların, layihələrin həyata keçdiyi ildir". S.Rəhimlinin sözlərinə görə, bu ildə zəlzələlər gözlənilən olur: "Yer kürəsində indiyədək olan üç böyük zəlzələdən ikisi Əjdaha ilində olub. Amma bu o demək deyil ki, bu il də mütləq zəlzələ olacaq".

Astroloq bu il səhhətimizdə yarana biləcək problemlərdən də danışdı: "Bu il sinir sistemi xəstəlikləri, təzyiq, gözlərdə problemlərin yaranması ilidir. Öncədən tədbirlər görmək, müayinə və müalicə etdirmək yaxşı olar. Bundan başqa, bu ildə insanlar gərək münasibətlərində də diqqətli olsunlar. Sözlərinə, danışıqlarına fikir versinlər. Yerində deyilməyən sözdən münaqişələr yarana bilər".

Su ilə bağlı böyük fəlakətlər olacaq

Ekstrasens Zirəddin Rzayev də 2024-ci il dünya və ölkəmiz üçün proqnozlarını bizimlə bölüşüb: "Azərbaycan-Ermənistan münasibətlərində aprel-may, avqust-sentyabr ayları kiçik gərginlik ola bilər. Ancaq bu, böyük və xoşagəlməz hadisələrə səbəb olmayacaq. 2021-ci ildə dünyada baş verəcək daşqınlar barədə proqnoz vermişdim. O, hələ də davam edir. 2024-də də daşqınlar gözlənilir. Ümumiyyətlə, dünyada su ilə bağlı böyük fəlakətlər olacaq. Azərbaycanda yaz-yay ayları yüngül yeraltı təkanlar qeydə alına bilər. Amma dağıdıcı və böyük fəlakətlərin olması gözlənilmir."

Türkiyədə yeni zəlzələlər ola bilər

Dünyada baş verəcək hadisələrin proqnozunu Zirəddin bəy Türkiyənin timsalında açıqlayıb: "Payız və qış aylarında Türkiyədə yeni zəlzələlər ola bilər, ancaq bu, böyük dağıntılara səbəb olmayacaq. Bu zəlzələlər Türkiyə ilə eyni coğrafiyadakı ölkələrə də aiddir. Şərqdə yeni müharibə qığılcımı müşahidə olunacaq. Mən demişdim ki, 2023-cü ildə Rusiya və Ukrayna hərbi qarşıdurmasına möhür vurulacaq. Belə də oldu. Qərb artıq Ukraynaya öz maddi və hərbi yardımını dayandıracağını elan edib. Bu da o deməkdir ki, artıq Qərb Ukraynada Rusiya ilə savaşdan imtina edir. 2024-cü il isə hərbi əməliyyatlar ya qismən, ya tam şəkildə dayanmalıdır. Bu müharibə Rusiyanın qələbəsi ilə nəticələnəcək. Fələstin və İsrail gərginliyi ikincinin qələbəsilə bitəcək".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2800   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021