Şuşada evlilik təklifi fotosu: realdır, ya qurama?
Sosial media platformalarında azərbaycanlı istifadəçilər tərəfindən paylaşılan bir şəkil geniş müzakirələrə səbəb olub. Sözügedən şəkil Azərbaycan ordusunun mənsubunun Şuşə qalası qarşısında bir qıza evlilik təklif etməsini əks etdirir.


Publika.az xəbər verir ki, Faktyoxla Lab. müzakirələrə səbəb olan fotonun real olub-olmadığını araşdırıb.
Fraqment 1. Şəkilin arxa fonunda qala divarlarını incələdikdə bəlli olur ki, fotoda görüntülənən ərazi Şuşa qalasının nə girişi, nə də çıxışıdır.
Fotoda görünən qala divarlarının bürcləri Şuşa qalasında yoxdur.
Fraqment 2. Arxa fonda müşahidə etdiyimiz digər bir yanlış isə Azərbaycan bayrağının tərsinə asılmasıdır.
Fraqment 3. Qala divarlarında 2 çələng görünür. Azərbaycan adətlərində çələng asılması kimi bir adət yoxdur.
Fraqment 4. Şəkildə evlilik təklif edilməsini əks etdirən əsgərin hərbi geyimi Azərbaycan XTQ-nin hərbi geyimidir. Əsgərin formasında və qoruyucu dəbilqəsində cizgilər detallı şəkildə görünsə də silahabənzər bir detalın "blur" halı diqqət çəkir.
"Blur hadisəsi" adətən hərəkət zamanı çəkilən şəkillərdə olur. Nəzərə alsaq ki, əsgər hərəkətsizdir və digər detalların cizgiləri aydın şəkildə göründüyü üçün həmin silahın da detallı şəkildə görünməsi lazım idi.
Məsələn, qatar gözləyən qızın fotosunda qız hərəkətsiz dayandığı üçün normal, qatar isə sürətli hərəkət etdiyi üçün "blur" görüntülənib.
Fraqment 5. Qızın əlindəki gül buketindəki ən aşağıdakı gülün üzərində qar dənələri olduğu halda, digər birinin zərində heç bir qar dənəciyi görünmür.
Fraqment 6. Azərbaycan Ordusunun xüsusi təyinatlıları hərbi əməliyyatlardan başqa heç bir halda tam təchiz olunmuş ekipirovkada, silahla mülki ərazidə görünə bilməz.
Sözügedən şəkil süni intellektlə düzəldilib. Reallığa yaxın şəkillərin hazırlanması üzrə ixtisaslaşmış ən məhşur süni intellekt saytı "midjourney"dir. Sözügedən saytda orijinaldan fərqlənməyəcək dərəcədə reallığa yaxın şəkillər sifariş vermək mümkün olsa da, süni intellekt məhsulu olmasını təsdiqləyən səhvlər buraxılır. Məsələn, insanın 5 barmağı deyil, 4 və ya 6 barmağının olması, üz cizgilərində aşıq-aşkar yanlışlıqlar, əzalarda deformasiya Sİ məhsulunu realdan fərqləndirən detallardı.

Bu araşdırmamız zamanı şəkilin digər bir süni intellekt saytında düzəldildiyini müəyyənləşdirdik. Şəkil https://getimg.ai/ adlı süni intellekt saytında düzəldilib.

Nəticə:
- "Azərbaycan əsgəri sevdiyi xanıma Şuşa şəhərində evlilik təklif etdi" adında paylaşılan şəkil real deyil.
- Şəkil süni intellekt saytı vasitəsilə hazırlanıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2143 Tarix: 04 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər
18 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 2021