Yaponiyada zəlzələdə xəsarət alanların sayı 460 nəfəri ötüb - YENİLƏNİB
Yaponiyada baş verən zəlzələ nəticəsində 92 nəfər ölüb, 464 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb.
"Report" Yaponiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi bildirib. Onun sözlərinə görə, hökumət 242 nəfərin taleyindən hələ də xəbərsizdir. Yaponiya hökuməti zəlzələlərdən zərər çəkənlərə 47,4 milyard yen (32,7 milyon ABŞ dolları) yardım ayıracaq.
Xatırladaq ki, bu ilin ilk günündən Yaponiyada ardıcıl zəlzələlər baş verib. Onlardan ən güclüsü ocağı yerin üst səthinə çox yaxın olan və 7,6 maqnitudalı olanıdır. Yeraltı təkanların əsas hissəsinin maqnitudası 4,5-5,7 olub.
Zəlzələlər ölkənin şimaldan cənuba doğru bütün qərb sahilləri, daha sonra İsikava prefekturasında 2011-ci ildən bəri ilk dəfə böyük sunami xəbərdarlığına səbəb olub.
05:48
Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 92 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.
250-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İsikava prefekturasının sakinləridir.
Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir. Qeyd olunub ki, 179 nəfəri həyatı barədə məlumat yoxdur.
Yanvarın 1-dən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal təşkil edib. Ölkənin bütün qərb sahillərində sunami təhlükəsi 20 saatdan çox davam edib.
Seysmoloqlar xəbərdarlıq edib ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və maqnitudası 7-dən yuxarı olan yeni güclü zəlzələlərin baş verməsi riski var.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1341 Tarix: 05 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind
18 iyulAzərbaycana turist axını 8%-ə yaxın azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Gələnlərin 27,9 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,
27 sentyabrTramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
26 aprelOteldə İNTİHAR: müştəri özünü binadan atdı
Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind
19 oktyabr 2025Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz
30 mayQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevral