Kosmosa göndərilən Azərbaycan musiqiləri haqda maraqlı faktlar: 40 min ildən sonra...

Kosmosa göndərilən Azərbaycan musiqiləri haqda maraqlı faktlar: 40 min ildən sonra...İnsanlar Dünya mədəniyyətinin keçmişini nə qədər bilir? Bəs bizim bildiyimiz keçmiş nə qədər doğrudur? Əcdadlarımız bizə keçmiş və mədəniyyət irslərimizi öyrənmək üçün hansı izləri qoymuş və bu izlərin nə qədərini yaşada bilmişlər? Bəs, biz nə qədər əmək sərf etmişik bu mədəniyyəti araşdırmaq üçün?.

Bu məqaləni bu sualları verərək başlamaq qərarına gəldim. İnsanlar hələ öz mədəniyyətlərini qavramadan başqa mədəniyyətlərin varlığına inanmaq barədə həqiqətən çox məharətlidir. Nəzərə alsaq ki, Fransua Şampolyon bir çox mədəniyyət üçün mühüm əhəmiyyət kəsb edən "Rozetta" daşının üzərində tədqiqat aparmadan öncə (O, 1822-ci ildə bu heroqliflərdən 12 işarənin mənasını aydınlaşdırmışdı) biz bu yazı növü barəsində belə bir məlumat sahibi deyildik. Bu halda bizim öz mədəniyyətimiz barəsində olan biliklərimiz əlbəttə ki, mübahisəyə açıqdır. Bu təbii ki, Dünya mədəniyyətinin yetərsizliyindən yox, insanların mədəniyyət və tarixlərini zamanında düzgün qorumaqlarından irəli gəlir.

Bəs biz, öz mədəni mirasımızı qorumadan onu yaşatmağın yolunu nədə görürük? Biz mədəniyyətimiz və mədəni inkişaf üçün nə edirik?

Gəlin sizi yaxın keçmişə səyahətə aparım. Burda bizim açar mənbəmiz Voyager Qızıl plaketi olacaq. Voyager Qızıl Rekordları 1977-ci ildə buraxılmış hər iki Voyager kosmik gəmisində tapılan iki fonoqrafdır. Yazılarda Yerdəki həyatın və mədəniyyətin müxtəlifliyini təsvir etmək üçün seçilmiş audio və fotolar var və istənilən ağıllı yerdənkənar həyat forması üçün nəzərdə tutulub.

Qeydlər bir zaman kapsuludur. Voyager kosmik gəmisinin heç biri müəyyən bir ulduza doğru getməsə də, Voyager 1 təxminən 40.000 ildən sonra hazırda Camelopardalis bürcündə olan Gliese 445 ulduzundan 1,6 işıq ili keçəcək. Bununla da əgər bizə yad olan qalaktikalarda yadplanetli yoldaşlarımız varsa, onlara Dünya haqqında məlumat veriləcək.

Voyager plaketindən bəhs etdiyimiz zaman bu planın baş memarı olan Carl Sagandan bəhs etməmək qeyri-mümkündür. Saqan Comell universitetinin Planetar Tədqiqatlar Laboratoriyasının rəhbəri olduğu müddətdə NASA-da çalışmış və bəşəriyyətin kosmosa ilk rəsmi mesajının təfərrüatlarını planlaşdırmışdı. Saqan plaket səsyazmasında salamlaşmadan dərhal sonra Yerdən müxtəlif audio yazılar toplayıb. Məsələn, səsyazma əvvəlində olan Morze əlifbası NASA-nın şüarıdır: "NASA-da biz Hava və Kosmosu hər kəs üçün əlçatan edirik".

Bunun xaricində vulkanlar, zəlzələlər, ildırım, külək, yağış, itlər, atlar, qurbağalar, çəyirtkələr, şimpanzelər, quşlar, hiyenalar, fillər, balinalar öz səslərini kosmosa göndərməyi bacarıblar. Eləcə də ürək döyüntülərimiz, addımlarımız, Karl Saqanın gülüşü, öpüş və uşaq səsi, səmada Pulsarın nəbzləri, Saturn 5 maşınının havaya qalxması, traktorlar, dəmirçi və mişar səsləri də kosmosa gedir. Hətta sonradan Saqanın həyat yoldaşı olacaq Ann Druyanın beyin dalğaları da 1 saat ərzində qeydə alınıb və plaketlə birlikdə kosmosa səyahət etməyi bacarıb.

Voyager plaketi Dünya xalqlarının salamları ilə yanaşı həm də onların mədəniyyət nümunələrini özündə birləşdirir. Burda bizim məşhur "Çahargah" musiqisinin xüsusi məqamı var. Azərbaycan musiqisinin qısa seçimi (2:20 dəqiqə) tarixi kökləri Azərbaycanın qədim dövrlərinə gedib çıxan məqam musiqisi janrı olan muğam ənənəsində iki balabançının parlaq ifa etdiyi nəfis əsərdir. Bax, Bethoven kimi sənətçilərin əsərlərini özündə birləşdirən 27 hissədən biri olan əsər, yer üzündəki insanların emosional həyatının geniş spektrini təmsil etmək üçün möhtəşəm seçimlərdən biridir.

Muğam Moskva Radiosunda (ehtimal edilir ki, 1950-ci illərin əvvəllərində) lentə alınmış, amerikalı bəstəkar Henri Kouel tərəfindən ABŞ-a gətirilmiş və 1960-cı ildə Smithsonian Folkways Records-un "SSRİ Xalq Musiqisi" tərəfindən istehsal edilmişdi. Timothy Ferris yazırdı ki, muğam parçası "İspaniyadan Əfqanıstana qədər dinləyicilər üçün tanınan bir şey təşkil edən zəngin pilotsuz təyyarədə ifa olunan unudulmaz variasiya seriyasıdır". Balaban ustadı Balaxan Əmirov müsahibələrindən birində balabanı "Balaban Şərq nəfəs alətidir. Alət ərik ağacından, boruya birləşən hissə - olmuştuk isə qarğıdan düzəldilir. Balaban "bala" və "ban" sözlərinin birləşməsindən əmələ gəlib, "həzin səs" mənasını verir. Alət ərik ağacından uzantısı, bu da əriyin nəfəsdən gələn rütubətə davamlılığıyla bağlıdır. Uzunluğu və dəliklərinin sayı alətin xüsusiyyətindən asılı olaraq dəyişir. Müştüyün hazırlandığı qarğı nazikdirsə səs yüksək, qalındırsa yumşaq alınır"-deyə təsvir etmişdir.

Bəs bu musiqi əsərini ifa edənin/edənlərin kim olduğu bilinirmi? Mənbələrdə bu əsəri ifa edən sənətçinin Kamil Cəlilov olduğu deyilir. O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Kamil Cəlilov həmçinin Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Bununla yanaşı Amerika mənbələrində bu haqda məlumat verilməsə də, tədqiqatçılar bu əsəri ifa edənlərdən birinin Həsrət Hüseynov olduğunu söyləyirlər. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda məharətlə ifa edib.

SSRİ dövründə belə biz, Azərbaycan mədəniyyətinin zənginliyinin Dünya səviyyəsində tərənnümündən bəhs edə bilərik. Bunu dövrün incəsənət xadimləri olan Şərqin ilk opera müəllifi Üzeyir Hacıbəyli, Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayev kimi Azərbaycan türklərinin sadəcə Azərbaycanın yox, SSRİ, Şərq və ümumdünya mədəniyyətinə verdiyi töhfələrinə əsasən dəqiqliklə deyə bilərik.

Karl Saqan deyir: "Əgər ulduzlararası kosmosda inkişaf etmiş kosmos sivilizasiyaları varsa, kosmik gəmi ilə qarşılaşacaq və səs yazıları dinlənəcək". (Yenisabah)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1263   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr