"ASALA, VoMa kimi Ermənistanın terror təşkilatlarının Azərbaycana qarşı törədəcəyi təxribatlar CAVABSIZ QALMAYACAQ" -ŞƏRH
Xəbər verdiyimiz kimi, Ermənistanda "proksi qüvvələrin" – ASALA və digər terror təşkilatların Azərbaycana qarşı müharibəyə cəlb edilməsi təklifləri irəli sürülüb.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, "ASALA" terror təşkilatı həmişə Ermənistanın dövlət ideologiyasının əsasını təşkil edib:
"Bu gün Ermənistan guya sülhlə bağlı mövqe nümayiş etdirir. Amma reallıq ondan ibarətdir ki, Ermənistanda hələ terror təşkilatları mövcuddur. Məsələn terror təşkilatı olan "VoMa" hələ də Ermənistan hakimiyyəti tərəfindən dəstəklənir vəmüxtəlif təlimlər keçirir. Əbəttə ki, VoMa təşkilatınında "ASALA" ilə güclü əlaqələri mövcuddur. Bugün erməni diasporu altında xaricdə lobbi təşkilatlarına Ermənistan hakimiyyəti tərəfindən kömək göstərilir. "ASALA" terror təşkilatı həmişə Ermənistanın dövlət ideologiyasının əsasını təşkil edib.
Uzun illər "Böyük Ermənistan" xülyası ilə insanları manipulyasiya edib. Müxtəlif cəhdlər etməyə çalışıblar. Ermənistan terroru qərbin özünə də böyük ziyan vurub. Uzun illər "ASALA" türk diplomatlarına qarşı qərb paytaxtlarında sui-qəsdlər həyata keçirib . Bu isə qərbin təhlükəsizlik sisteminin nə qədər zəif olduğunu növbəti dəfə nümayiş etdirir. Ermənistanın terror təşkilatlarının altında gizlənməsi bilinən reallıqdır. Bu gün Azərbaycan Hüquq Mühafizə Orqanları yüksək peşakarlığa malikdir. "ASALA" "VoMa" kimi Ermənistanın terror təşkilatları Azərbaycana qarşı törədəcək heçbir təxribatlar cavabsız qalmayacaq".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 985 Tarix: 15 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əli Əsədov Denis Afanasyevi qəbul edib
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını
25 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyunKim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyunPrezident portuqaliyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
10 iyunAzərbaycan xalqının xilaskarı - Heydər Əliyev
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl
8 iyun