Senatın Bakıya qarşı qərarı nəyi dəyişəcək? - Surenyants

Senatın Bakıya qarşı qərarı nəyi dəyişəcək? - SurenyantsBəyanat müsbətdir, lakin siyasi mənada sıfır dəyərə malikdir. Xatırlayırsızsa, 44 günlük müharibədən dərhal sonra da Senat "Dağlıq Qarabağın müstəqilliyi"ni tanımağa çağırmışdı. Nəticə?

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants yanvarın 17-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

O bildirib ki, bu bəyanat heç bir şəkildə Ermənistanı gücləndirmir, Azərbaycanı da heç bir şəkildə məhdudlaşdırmır:

"Fransanın öz maraqları var və o maraqlar kontekstində bizimlə bağlı problemlərə də istinad edir. Bunun yerdə nəyisə dəyişəcəyini gözləmək, əlbəttə ki, mümkün deyil. Birincisi, ona görə ki, bu, icra hakimiyyətinin, Fransanın mövqeyi deyil. İkincisi, sənəddə qeyd olunan bir çox ifadələrin indiki zamanda həyata keçirilməsi imkanı yoxdur. Xarici siyasətimiz belə bir sənədli bazadan alət kimi istifadə etməlidir, amma böyük illüziyalara qapılmağa, həyəcanlanmağa dəyməz".

O bildirib ki, Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin səbəbi Parisin regional siyasətinin Bakının, o cümlədən Bakının müttəfiqləri Türkiyə və Böyük Britaniyanın mövqeləri ilə üst-üstə düşməməsidir:

"Yəni burada daha böyük oyun var. Bu da faktdır ki, Azərbaycan hazırda təkcə Fransanı deyil, bütün Qərb platformalarını rədd edib və bunun heç bir əməli nəticəsi ola bilməz. Siyasi Qərb çox vacibdir, təbii ki, onlarla əməkdaşlıq mühümdür, lakin Qərbin rolunu şişirtmək olmaz. Bəli, siyasi Qərb güclü oyunçulardan biridir, lakin bu o demək deyil ki, o, istənilən regionda istədiyini edə bilər. Biz görürük ki, indiki məqamda, məsələn, hər hansı bir Qərb dövləti və ya strukturu Azərbaycan siyasətinə təsir etmək iqtidarında deyil və ya bunu etmək istəmir".

Erməni politoloq hesab edir ki, Fransa ilə Azərbaycan münasibətlərində qırılma olmayacaq, ritorika səviyyəsində oxşar demarşlar olacaq, lakin bu demarşlar çox uzağa getməyəcək:

"Unutmayaq ki, enerji nəhəngi TOTAL-ın (TOTAL Azərbaycanda böyük yatağı istismar edir – red.) Fransanın enerji layihələrində çox böyük iştirakı var".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1059   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr