İlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTO

İlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.

President.az xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınırdı. Buraya Qara şəhər adının verilməsi də təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə və neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına çevrilmişdi.

Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin salınmasına başlanıldı.

Nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm də ekoloji baxımdan sözün əsl mənasında möcüzəvi layihə reallaşdırılıb.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilən "Bakı Ağ Şəhər" layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi də artıq dünyada tanınıb. Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara layiq görülüb. İndi bu ərazi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir.

Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq.

Məlumat verilib ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanıb. Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, videomüşahidə kameraları qurulub, İT kanal sistemləri çəkilib.

Mərkəzi Park rayonu 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən başqa 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi Park rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var.

Vətəni Qarabağ olan dağdağan ağacı Azərbaycanın rəmzlərindən biridir. Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkib. Dağdağan ağacları Ağ Şəhərə Qarabağdan gətirilib.

Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkib.

Son illər Bakı Ağ Şəhər həm də bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. Ağ şəhərin mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli və xarici rəssamların incəsənət əsərləri quraşdırılıb.

Heykəltəraş Enrike Kabreranın "Böyük alma" əsəri onun ən mühüm sənət layihələrindən biridir. Nyu-Yorkda quraşdırılmış "Böyük alma" bu şəhərin rəmzini təcəssüm etdirməklə onun sakinləri və qonaqları arasında çox məşhurdur. Bu əsərin ikincisi isə Bakı Ağ Şəhərdə sərgilənir.

Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2 metr olan "Əjdaha" heykəli 2024-cü ilin rəmzinə həsr olunub. Şərq təqviminə görə, 2024-cü ilin rəmzi əjdahadır.

Cozef Klibanskinin "Mütəfəkkir" əsəri müasir insanın texnoloji inkişaf dövrünü, ekoloji və qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanıb. Heykəlin müəllifi 2014-cü ildə Bakının zəngin memarlığından, qədimliyin və müasirliyin vəhdətindən ilhamlanaraq Azərbaycanın paytaxtının gözəlliyini tərənnüm edən "Gözəl Bakı" əsərini də yaradıb.

Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də tanış olub. Binanın inşasına 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.

Binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililərin maketləri təqdim olunur. Yeni binaların layihələndirilməsi zamanı Ağ Şəhərin ekoloji ənənələrinə və dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və beynəlxalq qurumların sertifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi qarşıya məqsəd qoyulub. Ofis binasının birinci mərtəbəsində iaşə obyektləri üçün sahələr ayrılıb.

Ofis binası ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur və beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb. "Ağ şəhər 2020 – Biznes Mərkəzi" 2014-cü ildə istifadəyə verilmiş birinci Bakı Ağ Şəhər ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan və yaşıl bina standartlarına uyğunluğu təsdiq olunan növbəti binadır.

Qeyd edilib ki, 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.

Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmış "Lladro" şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır və şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Diqqətə çatdırılıb ki, binada 150 ofis yerləşir. Biznes nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün burada hər cür şərait var. Binada informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılıb.

Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif ağaclardan ibarət yaşıllıq zolağı salınıb, yaşı min ildən çox olan nadir zeytun ağacı əkilib.

Ərazidə qoyulmuş Qarabağ atı heykəli Qarabağ Atları meydanında yerləşəcək "Qarabağ Atları" monumenti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın Qarabağın 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Kompleksin yaradılması orijinal əsərləri ilə dünyada məşhur olan amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir.

11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.

Bununla bağlı President.az məlumat yayıb.
İlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən işlərlə tanış olub - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1594   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr