"AŞPA ilə əməkdaşlığın dayandırılmasını "siyasi alət"ə çevrilmiş bir qurumun ifşası adlandıra bilərik" - ŞƏRH

"AŞPA ilə əməkdaşlığın dayandırılmasını "siyasi alət"ə çevrilmiş bir qurumun ifşası adlandıra bilərik" - ŞƏRH"Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini müvəqqəti olaraq dayandırması təbii ki qurumun qərəzli mövqeyi ilə bağlıdır. Azərbaycan nümayəndə heyətinin səsvermə ratifikasiya edilməməsi məsələsi gündəmə gəlmişdir. Artıq bu gün qərar veriləcəyi gözlənilirdi. Azərbaycan nümayəndə heyəti bu addım ilə AŞPA-ya adekvat cavab verir. Çünki bu məsələdə faktiki olaraq AŞPA-nın sərgilədiyi mövqe göstərir ki, bu ədalətsizliyə atılan biləcək ən doğru addımlardan biridir. AŞPA-nın son Azərbaycan nümayəndə heyətinin səs verməsinə ratifikasiya edilməməsi məsələsində bəhanələrə baxdığı görünür. Yəni Azərbaycanda siyasi məhbusun olduğundan danışırlar. Halbuki hüquqi baxımdan bununla bağlı bir fakt yoxdur. Heç bir, yəni həbsdə olan şəxslərin konkret olaraq tutulması üçün ortada faktlar mövcuddur. Siyasi məhbus məsələsindən artıq Azərbaycana qarşı kampaniyalardan istifadə ediblər ki, bu məqsədin nə olduğunu göstərir. Aydındır ki, hər hansı bir məhbusun hüquqlarının müdafiəsi məsələsindən söhbət getmir. Sadəcə olaraq siyasi təzyiq xarakteri daşıyır. İkinci məsələ isə Qarabağda erməni əhalisinin "zorla" çıxarılması məsələsi irəli sürüldü".

Bu sözləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki, faktiki olaraq bütün proses nə insan haqlarının, nə də demokratik prinsiplərin qorunması məsələsidir.

" Sırf burada məsələ Qarabağdır. Bu proses isə həmin kampaniyanın davamıdır. Çünki Qarabağda erməni əhalinin zorla çıxarılması iddiası artıq göstərir ki, məqsəd heç də insan haqları deyil. Ermənistanın maraqlarının müdafiəsi və prosesdə rəsmi Bakıya təzyiq etmək məqsədi daşıyır. Qərb platformaları son vaxtlar Azərbaycana xüsusi təzyiq edir. Burada əsas məqsəd rəsmi Bakını öz mövqeyindən geri çəkmək, danışıqların qərb platformasında aparılmasına razı salmaqdır. Bu platforma bilirik ki, Ermənistanı gündəlik olaraq qəbul edib. Son Qranada görüşündə Azərbaycan iştirak etmədi. Bu isə faktiki sübut idi. Azərbaycan bunu qəbul etmir və öz mövqeyindən, milli maraqlarından çıxış edir. Qərb Cənubi Qafqazdakı maraqları naminə bu oyunu qurmağa çalışır. Görünür son vaxtlar həm Avropa İttifaqı səviyyəsində, həm də AŞPA səviyyəsində hesablanmış bir addımdır.

Asif Nərimanlının sözlərinə görə, bu qərarın seçki ərəfəsində qəbul edilməsi təsadüfi deyil. Bunun birdən çox səbəbi var:

"Seçki prosesində belə bir məsələnin gündəmə gətirilməsi göstərir ki, seçki ilə bağlı beynəlxalq səviyyədə ictimai rəy yaradılır. Seçki və seçkidən sonrakı ərəfədə görünür ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edəcək. Avropa Şurası və AŞPA-nın seçkiyə dəvət edilməməsi məsələsini irəli sürürlər. Halbuki bununla bağlı rəsmi Bakı ümumiyyətlə beynəlxalq təşkilatların, beynəlxalq müşahidəçilərin iştirakında həmişə marağı olub. Buna qarşı onu deyə bilərik ki, Azərbaycan tərəfi, Mərkəzi Seçki Komissiyası dəfələrlə Avropa strukturlarına, beynəlxalq müşahidəçilərə azad edilmiş ərazilərdə səsvermə prosesində müşahidə aparmasını təklif edir və xahiş edir. Avropa strukturlarının heç biri bununla razılaşmır. Buna razılaşmırsa, niyə Azərbaycanın suverenliyini qəbul etməyən bu təşkilatlara şərait yaratmalıdır. Bu qərar ilə Azərbaycanın böyük şəkildə əziyyət çəkəcəyini və praktiki müstəvidə mənfi təsiri olacağını deyə bilmirik. AŞPA həm nüfuz baxımından, həm də qərarvericilik baxımından artıq kifayət qədər geriləyib. Bu təşkilat tək bizə qarşı yox, Türkiyə daxil olmaqla bir çox ölkəyə qarşı öz qərəzli mövqeyini göstərib və siyasi alətə çevrilib. 2017-ci ildə Avropa təşkilatları tərəfindən edilən araşdırmalardan aydındır ki, praktiki olaraq AŞPA-da şəbəkə qurulub. Bu şəbəkə AŞPA-nın siyasi maraqlarına çevrilib. Əsas hədəflərindən biri də Azərbaycandır. Bu baxımdan verilən qərar doğru və adekvatdır. Biz bu qərarı AŞPA-nın ifşası adlandıra bilərik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1144   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr