Azərbaycan AŞPA-da əleyhimizə səs verən ölkələr ilə əməkdaşlığı DAYANDIRIR? - AÇIQLAMA

Azərbaycan AŞPA-da əleyhimizə səs verən ölkələr ilə əməkdaşlığı DAYANDIRIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub. Azərbaycan əleyhinə səs verən ölkələr sırasında olan Böyük Britaniya xüsusi diqqət çəkir. Bu baxımdan rəsmi Bakının fəaliyyət istiqaməti necə olacaq? Sözügedən ölkələr ilə əməkdaşlıq dayandırılacaq?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a bildirib ki, AŞPA-da Azərbaycan əleyhinə verilən qərar ədalətsiz və haqsız bir qərar idi. Ümumiyyətlə rəsmi Bakı AŞPA-ya üzv olduğu vaxtdan bu günə qədər qurumdan heç bir addım görməyib:

"Xüsusilə 30 illik işğal dövründə Ermənistanın torpaqlarımızı işğal etməsi və qanunsuz istismarı, ekoloji və mədəni terroruna Susan AŞPA bu günə qədər ciddi qətnamə qəbul etməyib. Bəzi mənasız və boş qərarları çıxmaq şərtilə Ermənistanın işğal prosesindən yayındıracaq bir fəaliyyət çərçivəsində olmayib. Prinsip etibarilə 44 günlük müharibə və lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan Qarabağ münaqişəsini həll etdi. Azərbaycan AŞPA-ya üzvlüyü də böyük ölçüdə Qarabağın işğal prosesinin sonlandırılması və tarixi ədalətin bərpa edilməsi ilə bağlı idi. Amma AŞPA ciddi bir addım atmadı. Azərbaycan özü tək başına və gücü ilə yekunlaşdırmış oldu. Belə olan təqdirdə Azərbaycan AŞPA-da qalması və bu qurum ilə yollarının davam etdirməsinin xüsusi bir səbəbi yox idi. Amma bununla belə biz AŞPA-dan son zamanlar ədalətsiz qərarların şahidi olurduq. İnsan haqlarına dair verilən mənasız və boş bəyanatlar, qərarlar faktiki olaraq rəsmi Bakının da səbr kasasını daşırdı".

Politoloq qeyd edib ki, Azərbaycan əleyhinə verilən qərarda iştirak edən ölkələrə gəldikdə isə burada onların xüsusi bir çəkisi yoxdur:

"Verilən qərarda iştirak edən ölkələrin rəsmi Bakı ilə münasibətlərin pozub yaxud pozmayacagı ciddi sual altındadır. Burada Böyük Britaniyanı nəzərə aldıqda iki ölkə arasında münasibətlər çox yaxşıdır. AŞPA-da verilən bu qərara görə münasibətlərimizi korlayası deyilik. Azərbaycanın Böyük Britaniya ilə iqtisadi-siyasi və diplomatik sahədə çox böyük əlaqələri var. Beynəlxalq müstəvidə Böyük Britaniya bizim dəstəkləyən ölkələrdən biri olub. Yəni əgər müqayisəyə qoysaq, AŞPA-dakı qərarla Böyük Britaniya BMT Təhlükəsizlik şurasında Azərbaycan əleyhinə Fransanın qəbul etməyə çalışdığı qətnaməyə veto hüququndan istifadə edən ölkələrdən oldu. Böyük Britaniya ilə bu baxımdan xüsusi heç bir problemimiz yoxdur. Bu baxımdan hər müstəvidə bizim bərabərlik sərgiləyəcəyik deyə bir məsələ də yoxdur. Ölkələrin milli maraqları fərqli ola bilər".

Turan Rzayev AŞPA da verilən qərarın Böyük Britaniya yaxud digər ölkələr ilə münasibətlərimizə təsir edəcəyini düşünmür:

"Onsuz bizim bu quruma ehtiyacımız yoxdur. Qurumun sərgilədiyi mövqe ilə biz buranı tərk etməyi düşünürdük. Sadəcə bu məsələ ciddi olduğu üçün Azərbaycan tərəfidə faktiki olaraq bu qərarı verməli oldu. Bundan başqa Azərbaycanın AŞPA-dakı nümayəndələri fəaliyyətlərini qeyri-müddətə dayandırdıqlarını bildirdi. Bu da yerində və doğru bir qərardır. Faktiki olaraq Azərbaycan əleyhinə qərarlar qəbul edən və maraqlarını təmin etməyn, ermənipərəst, islamofobiya və Azərbaycanofobiya siyasəti yeridən qurumda rəsmi Bakının təmsil olunması qəbuledilməz idi. Bu baxımdan nümayəndələrimizin fəaliyyətini dayandırması doğru qərardır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4681   Tarix: 25 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr