Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?

Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?"Təklik mənim üçün deyil. Amma bu mənim alnıma yazılıb. Mən bunu yaşamalıyam" deyirdi hər zaman. Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi.

Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. Övladlığa uşaq götürmək istəsə də, həmin vaxt buna maddi imkanı çatmayıb.

Publika.az xəbər verir ki, bu gün "Şöhrət" ordenli Xalq artisti Zərnigar Ağakişiyevanın anım günüdür.

Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində dünyaya göz açıb. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Məktəbə "Güləliyeva" soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb. Anasının ilk evliliyindən olan qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən qaçaq salır. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Müsahibələrinin birində belə deyib:

"Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün ömrümü sənətə həsr etdim, həyatımı teatrda, tamaşalarda keçirdim".
Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?Aktrisa 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Zərnigar xanım rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Ostrovskinin "Müdriklər" dramında ilk dəfə Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. 1989-1992-cil illərdə aktrisaya cəmi 2 rol həvalə olunub. Bu haqsızlığa dözə bilməyən Zərnişan Ağakişiyeva Akademik Milli Dram Teatrından uzaqlaşır. Bir də düz 7 ildən sonra doğma teatrına qayıdır.

Ömrünün 40 ilini bu sənət ocağına bağlayan aktrisa yaxın müddətdə Zərnigar xanım "Vaqif", "Kölgələr pıçıldaşır", "Kimdir haqlı?", "Təhminə və Zaur", "Mahnı dağlarda qaldı", "Poçt şöbəsində xəyal", "Eşq və intiqam", "Ölülər", "Qatarın altına atılan qadın" kimi səhnə əsərlərində özünəməxsus, bənzərsiz və təkrarsız obrazlara imzasını ata bilib.
Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?Zərnigar Ağakişiyeva milli kino sənətimizin ən gözəl simalarından biri olmağı bacarıb. 50-yə yaxın ekran əsərində bu gün də sevilərək izlənilən, yadda qalan obrazlar yaradıb. "Təhminə və Zaur", "Yuxu" , "Yaramaz" filmlərindəki rolları ilə bir başqa cür sevilib aktrisa. Özünün ən çox sevdiyi obrazı isə "Təhminə və Zaur" filmindəki Zivər rolu olub.

"Moskvaya gedirəm, güləşməyə.

Məni gic yerinə qoyub... Bilirəm o nə güləşmədir...

O "aferistka" televizordan göz edən kimi ağlını itirir. Durur qaçır dalınca. Cəhənnəmə get! Bir də gözüm səni görməsin!"

Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. 2014-cü ildə "Şöhrət" ordeninə layiq görülüb. Prezident təqaüdçüsü olub. Amma bütün bunlar onun xoşbəxtliyi üçün bəs etməyib nə yazıq ki...

Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyeva böyük bir eşq yaşayıb. O, sirli sevgilisinin adını çəkməsə də, Zərnigar xanım müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyir:

"Həyatımın böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmirdi".
Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlaya-ağlaya verdiyi açıqlamasında onu sevdiyini etiraf edib. İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib. Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddiyat baxımından alınmayıb.

Onun həyatda ən böyük qorxusu tək ölmək olub:

"Qorxuram ki, qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz".
Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də evində yalnız, səssiz-səmirsiz dünyasını dəyişib.

Tənhalığı sevməyən aktrisa ömrünü elə tənhalıqda başa vurub.Yaşadığı mənzildə 3 gündən sonra cansız cəsədinin aşkar olunması aktrisanın oynadığı bütün faciəli obrazları kölgədə qoyub.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1694   Tarix: 09 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr