Ölüm hökmünə məhkum edilənlərin son 24 saatı necə keçir? – Maraqlı faktlar

Ölüm hökmünə məhkum edilənlərin son 24 saatı necə keçir? – Maraqlı faktlarÖlüm hökmünə məhkum olunanların son 24 saatı necə keçir? Təəccüblüdür ki, bu məsələnin mediada, forumlarda, həmçinin podkastlarda işıqlandırılmasına çoxlu materiallar ayrılır. Amma mövzuya maraq azalmır.

Lent.az xarici mediaya istinadən bildirir ki, Power Corrupts podkastında bu barədə məlumat verilir.

Podkastin müəllifi, amerikalı politoloq və London Universitet Kollecinin professoru Brayan Klaas ABŞ-da 283 edamın şahidi olmuş Mişel Lyons ilə məhkumların edamdan əvvəl davranışlarını müzakirə edib.

Hazırlıq prosesi aşağıdakı kimidir. Edam günü məhbusun ailəsi və dostları ilə dörd saat səhər görüşü olur. Bundan sonra onlar ölüm hökmünün icra ediləcəyi edam yerinə aparılır.

"Gələn kimi onların üzərində axtarış aparılır və onlara yeni paltar verilir. Mühafizəçilər məhbusun şəxsiyyət vəsiqəsini yoxlayırlar ki, doğru adamı gətirdiklərinə əmin olsunlar", - Lyons deyib. Daha sonra məhbuslara çay, kofe və peçenye verilir, həmçinin ailələrinə və ya dostlarına zəng etmək imkanı yaradılır.

Əksər məhbuslar da edamdan əvvəl son saatlarda keşişlə görüşürlər.

Son yemək. Bir çox ştatlarda məhbuslar son yeməkləri üçün demək olar ki, istənilən yeməyi seçə bilərlər. Məsələn, Oklahoma terrorçusu Timoti Makvey bir litr nanə şokoladlı dondurma sifariş edib.

Serial qatil Con Ueyn Qeysi 12 qızardılmış karides, bir vedrə qızardılmış toyuq, kartof qızartması və yarım kiloqram çiyələk sifariş edib.

2010-cu ildə ölüm cəzasına məhkum edilən Ronni Li Qardner "Üzüklərin rəbbi" trilogiyasına baxarkən yemək üçün biftek, omar quyruğu, alma piroqu və bir qaşıq vanil dondurma istəyib.

Bir məhbus hətta çəyirdəkli bir zeytun istəyib - bu onun son yeməyi olub.

Yeməkdən sonra məhbus gurneyə bağlanır və edam yerinə aparılır. Orada, otaqda, məhbusun üstündə mikrofon olur ki, o, son sözlərini desin.

Yeri gəlmişkən, Texasda məhkumların sonuncu yeməyi onlardan biri çox bahalı yemək sifariş etdikdən və təbii ki, hətta yarısını belə yemədiyindən ləğv edilib. Bu hekayə qəzetlərə çıxanda, Texas siyasətçisi bunun hökumət israfı olduğunu söyləyib, bundan sonra yeməklər rəsmi olaraq ləğv edilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1881   Tarix: 12 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr