"Dəli yığıncağı"nın zır dəlisi kimdir?

"Dəli yığıncağı"nın zır dəlisi kimdir?Lent.az-ın "Tamaşaçı" rubrikasında "Dəli yığıncağı" tragikomediyasına tamaşaçı gözü ilə baxış:

Cəlil Məmmədquluzadənin 1927-ci ildə qələmə aldığı "Dəli yığıncağı" əsəri bu gün teatrlarımızın repertuarından düşməyən. rejissorların sevərək üz tutduğu tragikomediyadır. Bu əsərə Akademik Milli Dram Teatrın səhnəsində də tamaşa eləmişdim. Əsərin monumentallığını qoruyub saxlamaqla yeni nəfəs də qatmış, güclü bir iş ortaya qoymuşdular. Mənim üçün "Azdrama"nın dəliləri arasında ən nəzərə çarpan obraz Nurəddin Mehdixanlının ifasındakı Fazil Dadaş olmuşdu. İki gün öncə eyni əsərə Gənc Tamaşaçılar Teatrının quruluşunda da baxdım. Cənnət Səlimovanın bir neçə il öncə hazırladığı bu əsər Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə yenidən təqdim edildi.

Gənc Tamaşaçılar Teatrının gənc aktyorlarının ifasında bu əsər başqa bir ab-havaya bürünmüşdü. Fazil dadaş - Molla Fazil rolunu Əməkdar artist Şövqü Hüseynov ifa edirdi və hər zamankı kimi, öz rolunu tam fərqli rakursdan tamaşaçıya təqdim etməyi, sevdirməyi bacardı. "Tyuz" bu əsəri daha çox komediya çalarları ilə bəxş eləmişdi. Tamaşa boyu 4 aktyorun oyunu xüsusilə gözə çarpırdı, Şövqü Hüseynov, Anar Seyfullayev, Elnur Hüseynov və Aygün Fətullayeva.

Elnur Hüseynov öz obrazına çox şən motivlər qatmaqla yanaşı sosial şəbəkədəki bir trendi izləyərək, o anı da roluna qatmışdı. Son günlər sosial şəbəkələrdə bir idman ustasının öz tələbəsinə məşq etdirərkən "gəl-gəl" deyərək onu həvəsləndirməsi trend olub. Müxtəlif adamlar bu trendi öz sahələrinə uyğunlaşdıraraq "gəl-gəl" deyə videolar çəkirlər. Elnur bu motivdən uğurla istifadə edib və yenilik yerinə düşüb.

Anar Seyfullayevin ifasında doktor Lalbyuz obrazı daha çox təlxəyi xatırladır. Rejissor bununla da bəlkə özünə umac ova bilməyən Avropanın bizə əriştə kəsmək istəyinə mesaj göndərib. Öz ölkəsinə təlxək olanlar gəlib burda pul qazanıb alimlik eləmək istəyirlər. Tamaşada Lalbyuzun sonda soyunaraq səhnədən atılıb, tamaşa salonu ilə qaçıb aradan çıxması uğurlu tapıntı idi.

O ki, qaldı Aygün Fətullayevaya bu qızı yeni doğan ulduz adlandırmaq olar. Bu günə qədər ifasına baxdığım bütün Pırpız Sona ifaçılarından fərqli bir obraz ortaya qoydu. Onun Sonası saf uşağa bənzəyir, kinsiz, öz qorxularına bürünmüş, kəpənək kimi yüngül, zərərsizdir. Aygün roluna o qədər zəhmət verir ki, hətta replikası olmayanda belə, tamaşaçı gözünü ondan çəkə bilmir, çünki hər dəqiqəsi doludur, mütləq hansısa bir dəli jesti edir, göstərir. Maraqlı anlardan birini qeyd edim. Səhnəyə daxil olan qara çadralı xanımları görən kimi başına bağladığı qırımızı əski parçası ilə üzünü bağlayıb pərdə arxasından dünyaya baxmağın necə olduğunu təcrübə edir, bunu bəyənməyib sonra dilini çıxarır və qəhqəhə çəkir. Çadralılardan biri ona təpik vurur və o sadəcə ağrıyan bədənini ovuşduraraq incik-incik baxır. Bu epizod gedərkən əslində səhnədə başqa bir aktyorun önəmli bir monoloqu gedirdi. Amma Aygün orda da diqqəti özünə çəkə bilir. Tamaşada bəyənmədiyim anlar da oldu. Rejissor əslində dəlilərin dəli yox, ağıllı olduqlarını vurğulamaq üçün onların iç dünyasını açan uzun-uzun monoloqlara yer verib. Bu da tamaşaçını yorur. Səhnədəki hacıların da fars-ərəb dili qarışıq danışıqları öz anlaşılmazlığı, uzun olması ilə yorucudur. Bir qədər qısaltmaq olardı.

"Klassikaya toxunmaq olmaz" deyirsinizcə, toxunuşlar edilib və yenə edilir. Məsələn bu əsərdə Pırpız Sonanın əri rolunu oynayan Molla Abbasın yaşı Sonanın yaşı ilə heç uyğun gəlmir. Molla Abbas elə Molla Fazillə eyni yaşdadır. Molla Fazilin Pırpız Sonadan xoşlanıb onu öz arvadı etməsinə tənqidi baxırıqsa, ondan da yaşlı olan qardaşının bu qızı alması təqdirəlayiq deyil. Lakin rejissor özünə haqq qazandırır, bu tamaşada Molla Abbas onun əri yox, dəlilər arasındakı hamisidir. Amma ssenari boyu Molla Fazil dəfələrlə qeyd edir ki, Sona onun qardaşının arvadıdır. Və o qardaşı arvadını özünə almaq üçün müxtəlif bəhanələr uydurur. Bu moment nədənsə diqqətdən yayınıb. Hər bir halda bütün tamaşa boyu tək işqılı düşünən adam olan Molla Abbasın dəlilər içində nə etdiyini açıqlayan bir cümlə səsləndirilməli idi.

"Dəli yığıncağı" 100 il öncə yazılsa da, cəmiyyətimizin bu gününə həddən artıq bənzəyir. Geyimlərimiz dəyişsə də, düşüncələrdə dəyişən çox şey yoxdur. Yenə mövhumatla insanları kor etmək istəyi, fərqli, işıqlı düşünənlərə dəli kimi yanaşma cəhdləri var.

"Dəli yığıncağı"nda başdan sona qədər səsləndirilən "kimdir dəli" sualı da öz aktuallığını qoruyur. Bu əsərdəkilər bizik. Dünənimiz, bu günümüzdür, ümid edək ki sabahımız olmasın.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1006   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021