Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb.
Musavat.com-un hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:
"Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında "dəlixana" deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar..."
Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içməyib.
Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb: "Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad edilməsinə nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.
Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.
Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.
Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər.
O da məlum olub ki, Əhməd Əhmədov ona "dəli" deyilməsindən çox qəzəblənib.
Daha bir məlumat - Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə "102" xidmətinə məlumat verib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.
Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2101 Tarix: 15 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr