Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARI

Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARICİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il dekabrın 16-da Bakının Nəsimi rayonu Asif Məhərrəmov küçəsində olan kişi salonunda qətl hadisəsi olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirib. Otaqda şkafın üzərində dəstəyi qara rəngli bıçaq, şkafa söykənmiş vəziyyətdə İlkin Qurbanlının meyiti, ətrafında qan ləkələri aşkar edilib.

Qətli törədən İsmayıllı rayon sakini 1994-cü il təvəllüdlü İsmət Qədirov hadisə yerində saxlanılıb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARILent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 1-də aralarında baş vermiş mübahisədən sonra İsmət Qədirov, İlkin Qurbanlının, ortaq tanışlarının yanında onun barəsində nalayiq ifadələr işlətməsini yadına salıb. Bunu bəhanə edən İsmət Qədirov dekabrın 16-ı saat 13 radələrində salona gələrək, üzərindəki məişət təyinatlı bıçaqla İlkin Qurbanlıya zərbələr vuraraq, onu öldürüb.

İş üzrə dindirilmiş İsmət Qədirov bildirib ki, 4 ildir bərbərlik fəaliyyəti İlə məşğuldur. İlkin Qurbanlını 2022-ci ilin may ayından tanıyıb:

"İlkin və Vüsalla birgə A.Məhərrəmov, 174 ünvanında yerləşən "Nİ Studio" adlı salonda çalışırdıq. Bir otaqdan ibarət olan salon pərdə ilə ayrılır, digər hissədə mətbəx və ayaqyolu yerləşirdi. Avqust ayından satmaq məqsədi ilə mənə, adını xatırlamadığım şəxs müxtəlif ətirlər verdi. Mən də ətirləri satmaqla, əlavə 5-10 manat pul qazandım.
Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARIİsmət Qədirov

Sentyabrın 20-də İlkinin Elməddin adlı tanışı məndən 1 ədəd ətir götürüb pulunu sonra verəcəyini dedi. Amma bir neçə gün keçsə də, həmin şəxs pulu vermədi. Oktyabrın 1-də borca görə salonun elektrik enerjisi kəsildi. Vüsal təxminən 90 manat borclarının bir hissəsini vermək lazım olduğunu söylədi. Həmin gün üzərimdə 23 manat pul vardı. İlkinə dedim ki, tanışı Elməddinin götürdüyü ətirin pulundan heç olmasa 10 manat versin, amma iş yoldaşım üstündə cəmi 5 manat olmasını bildirdi və "ətir satanın ünvanına" nalayiq ifadə işlətdi. Ətir satdığım üçün İlkindən kimi söydüyünü soruşanda, İlkin mənə ətir gətirənləri nəzərdə tutduğunu dedi. Müştəri az gəldiyinə və iş zəif olduğuna görə oktyabr ayında həmin salondan çıxıb Yasamal rayonu, Ə.Ələkbərov küçəsində icarəyə yer götürdüm. Amma orda da çox işləmədim. Noyabrın ortalarında əvvəl işlədiyim salona getdim. Müştərilərin yanında haqqımda nalayiq ifadələr işlətdiyini soruşanda, İlkin mənim haqqımda pis heç nə söyləmədiyini dedi. Dekabrın 11-də "20 Yanvar" küçəsində, icarəyə yeni yer götürüb, yenidən bərbərlik fəaliyyətinə başladım. Öz müştərilərimə bu barədə xəbər etsəm də, bəziləri yanıma gəlməkdən imtina etdi. Ürəyimdə şübhə yarandı ki, İlkin müştərilərin yanında arxamca danışıb, amma bunu üzbəüz mənə deyə bilməyib. Dekabrın 16-ı saat 10 radələrində iş yerinə yollandım. Bir qədər işdə oturduqdan sonra İlkini öldürmək məqsədilə xırdavat dükanına gedərək, qara qulplu mətbəxi bıçağı aldım. Saat 12 radələrində İlkinin işlədiyi salonun qarşısına çatanda, qapının bağlı olduğunu gördüm. Orda işləyən Əfqan Hüseynov İlkinin gəlib, salonu açacağını söylədi. 15-20 dəqiqədən sonra Sahil adlı şəxs, ardınca da İlkin gəldilər".
Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARISaat təxminən birin yarısı olub. Sahil divanda oturub. Bir neçə dəqiqədən sonra pərdəni çəkib, içəri keçəndə Əfqanın saçını yuduğunu, İlkinin isə paltar şkafının qarşısında telefonda nəyəsə baxdığını görüb:

"Aramızda 1 metr məsafə vardı. Gödəkcəmin iç cibindən bıçağı çıxartdım və cəld bir addım irəli atdım. Sol əlimdə saxladığım kəsici alətlə İlkinin ürək nahiyəsinə güclü zərbə vurdum. Bıçağın dərinə daxil olduğunu özüm də hiss etdim. Zərbə vuran anda İlkin başını qaldırıb mənə baxdı və arxaya gedərək, divara söykənib yarımoturaq vəziyyətdə qaldı. İlkinin bədəninə və ayaqlarına çoxsaylı zərbələr vurmaqda davam etdim. Sahillə Əfqan bıçağı əlimdən almağa çalışanda hər ikisi əllərindən xəsarət aldı. İlkin yerdə uzanıqlı vəziyyətdə qalmışdı. Hadisə təxminən 5 dəqiqə çəkdi. Sonra Çevik Polis Alayının əməkdaşları gəlib onu sakitləşdirdilər. Bıçağı əlimdən alıb, 19-cu şöbəyə apardılar".

Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARIZərərçəkmiş şəxsin hüquqi varisi Səbuhi Qurbanlı ifadəsində göstərib ki, qardaşı İlkin 2016-cı ildə ailə həyatı qurub, himayəsində 6 yaşlı qız övladı var:

"İlkinin iş yerinə gedəndə İsməti orda görüb salamlaşdım. Onların arasında heç vaxt narazılıq, dava-dalaş olmasını eşitməmişdim. Dekabrın 16-da polis əməkdaşları mənə zəng edərək, İsmət Qədirovun qardaşımı öldürdüyünü bildirdilər. Şəxsən mənim yanımda İlkin İsmət barədə heç vaxt pis heç nə danışmayıb".

Şahid Seymur Məmmədov bildirib ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi və 20-ci Polis Bölıməsinin ərazilərində xidmət aparır:

"Dekabrın 16-da A.Məhərrəmov küçəsi, 174 ünvanında yerləşən kişi salonundan qışqırıq səsləri eşitdim. Polis serjantı Hilal İskəndərovla birlikdə qaçıb içəri daxil olduq. Bir nəfərin digər şəxsin əlindəki bıçağı almağa çalışdığını, üzü saqqallı bir oğlanın isə yerdə oturub, xırıldadığını gördük. Sonradan adının İsmət olduğunu öyrəndiyim şəxsdən bıçağı alıb, masanın üzərinə qoyduq.
19-cu şöbənin növbətçi hissəsinə və Təcili Tibbi Yardım Stansiyasına məlumat verdik. Bir qədər sonra gələn həkimlər müayinə edib, artıq onun öldüyünü bildirdilər".
Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARIŞahid Sahil Şirəliyev bildirib ki, dekabrın 16-da İlkin şkafın yanında dayanıb telefonuna baxıb, bu zaman İsmət ona yaxınlaşaraq pərdəni bağlayıb:

"Təxminən 10 saniyədən sonra İlkinin qışqırıq səsini eşitdim. Dərhal ora yaxınlaşdım. İsmətin divara söykənən İlkinə bıçaqla zərbə vurduğunu gördüm, cəld onu tutub arxaya çəkdim. Əfqanı köməyə çağırdım. İsmətdən bıçağı almaq istəyərkən sol və sağ əlimin barmaqları kəsildi. Bu zaman içəri girən polis əməkdaşları mənə köməklik göstərdilər. İsməti şöbəyə apardılar. Şkafa söykənmiş vəziyyətdə, hərəkətsiz qalmış İlkinə yardım göstərməyə çalışdıq. Çox qan axmasın deyə Əfqan əlinə keçən kabeli onun bud nahiyyəsinə bağlamışdı. Bir neçə dəqiqədən sonra Təcili Yardım işçiləri gəlib, İlkinin öldüyünü bildirdilər".

Şahid əlavə edib ki, İsmət Qədirov onu və Əfqanı vurmaq istəməyib, sadəcə onun əlindən bıçağı almaq istəyərkən, təsadüfən əlləri kəsilib.
Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARIŞahid Vüsal Nəcəfzadə ifadəsində göstərib ki, 2020-ci ilin may ayından hadisə baş verən salonda bərbər işləyib:

"İsmət Qədirov məndən bir həftə sonra işləməyə başlayıb. Bərbərxanada 4 bərbər masası vardı, hər masaya görə Təranə adlı qadın 200 manat alırdı və bizimlə icarə müqaviləsi bağlamamışdı. 2022-ci ilin avqust ayından şirkət nümayəndələri İsmətə müxtəlif ətirlər verdi. İş yoldaşım da ətirləri satdıqdan sonra, öz xeyrini götürüb, qalan hissəsini şirkət əməkdaşına verirdi.

Dekabrın 12-də İsmət mənə zəng edib yaxınlıqda icarəyə təzə obyekt götürdüyünü dedi. Buna görə həmin gün yanına gedib, onunla bir az söhbət etdim. Ayın 15-də işdə olanda İsmətə görüntülü zəng edib danışdım. Həmin vaxt İlkinlə Əfqan da yanımda idi. Dekabrın 16-da evdə olanda, günorta mənə xəbər verdilər ki, İsmət İlkini qətlə yetirib. Əvvəl inanmadım. Ora çatanda, salonun qarşısında insanların toplaşdığını gördüm".

Bakıda bərbər bərbəri niyə öldürdü? - Hadisənin ŞOK TƏFƏRRÜATLARIİlkin Qurbanlı

Məhkəmə iclasında İsmət Qədirov ittiham üzrə özünü təqsirli bilərək, zərərçəkmiş şəxsin ailəsi ilə barışdığını və əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini istəyib.

Məhkəmə hesab edir ki, İsmət Qədirov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib. Məhkəmə təqsirləndirilən şəxsə müddətli azadlıqdan məhrum etmə cəzası təyin olunmasını əsaslı sayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1528   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Binəqədi bələdiyyəsinin həbsdə olan keçmiş sədrinin cəzası azaldılıb

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən kassasiya şikayətinə baxılıb. APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, İlknu

26 dekabr 2025
.

Ruhin Tağıyevin vəkili öldü - Məhkəməsi təxirə salındı

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi mayor Ruhin Tağıyevin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anke

27 yanvar
.

Qoca Səmədovun oğlu həbs edildi

Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Zaur Səmədov barəsində Yevlax Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib

19 yanvar
.

Həyat yoldaşını öldürüb tarlaya atdı, İrana qaçarkən sərhəddə tutuldu

Manisanın Saruhanlı rayonunda yaşayan Rukiye Yanardan xəbər ala bilməyən yaxınları polisə müraciət edərək, 43 yaşlı qadının həyat yoldaşı Adem Yanar tərəfindən öldürülmüş ola biləcəyini bildiriblər. türk mediasına istinadən xəbər verir ki, daxil olan məlumatdan sonra Manisa İl Polis İdarəsinin əməkdaşlar

22 dekabr 2025
.

10 yaşlı qızı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovla bağlı qərar verildi

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -ın məlumatına görə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub: Kassasiya şikayət

23 dekabr 2025
.

Ağadadaş Ağayev amnistiya ilə - Cəzadan azad edilir

Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq. Ədliyyə Nazirliyinin Probasiya Xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciə

12 yanvar
.

Hakimin oğlunun intihar etdiyi hadisə ilə bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq yanvarın 25-də Xətai rayonunda törədilmiş cinayət hadisəsi ilə bağlı məlumat yayıb. prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xəta

27 yanvar
.

Gözünü və böyrəyini itirən qazi vəfat etdi

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib. "Gencexeber"ə istinadən xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, 1981-ci il təvəllüdl

3 yanvar
.

Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü

Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib. Qeyd edək ki, A.Kərimova yaşadığı Marneul

13 yanvar