Xəzərin "Fort Boyard"ı haqda nə bilirik? – FOTOLAR

Xəzərin "Fort Boyard"ı haqda nə bilirik? – FOTOLARXəzər dənizində, Dağıstan sahillərində, qurudan 2,7 kilometr aralıda, dalğalar arasında əsrarəngiz tikili görmək olar. O, üfüqdə yüksəlir və kənardan Fransa sahillərində yerləşən məşhur "Fort Boyard"ı xatırladır. Əslində, bu, heç də Xəzər dənizində müdafiə məqsədilə tikilmiş qala deyil, gizli zavod sexi olub.
Xəzərin "Fort Boyard"ı haqda nə bilirik? – FOTOLARLent.az Dağıstan sahillərində yerləşən və Xəzərin "Fort Boyard"ı sayılan bu tikili haqda maraqlı faktları təqdim edir:1931-ci ildə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında Mahaçqaladan 18 km aralıda 182 saylı yeni zavodun tikintisi haqqında qərar qəbul edildi. Müəssisə 1932-ci ildə qurulacaq və sonradan "Daqdizel" adını alacaqdı. Bu gün bu zavod Dağıstanın ən böyük zavodlarından biri olaraq qalır. "Daqdizel" Sovet İttifaqı dövründə müəssisə dizel aqreqatları və torpedalar (həmçinin lazımi avadanlıqlar) istehsalı üzrə aparıcı zavod idi.

1934-cü ildə zavodun daha bir sexinin tikintisinə başlandı. O, "8 nömrəli" təyinatını aldı və sonradan Sovet İttifaqının İkinci Dünya Müharibəsindən əvvəlki müdafiə sənayesinin ən gizli yerlərindən birinə çevrildi. Tikinti işləri 1938-ci ilə qədər tamamlandı və dərhal müəssisədə gəmilər və sualtı qayıqlar üçün torpeda silahlarının hazırlanması, yaradılması və sınaqdan keçirilməsinə başlanıldı. Məhz burada sovet mühəndisləri ən nəhəng sualtı və gəmi əleyhinə döyüş sursatlarını yaratdılar.

8 saylı sexin fərqləndirici xüsusiyyəti o idi ki, o, Xəzər dənizinin düz ortasında, sahildən 2,7 kilometr aralıda tikilmişdi. Zavodu tikmək üçün əvvəlcə bünövrə çuxuru yaratmaq, sonra isə gizli emalatxananın qoyulduğu daş bünövrə qurmaq lazım idi. Dənizin ortasında zavodun filialı təkcə məxfiliyi təmin etmək üçün deyil, həm də silahların sınaqdan keçirilməsində asanlığı ilə seçilirdi.

Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min kv.m. təşkil edir, sexin özündən əlavə, "Daqdizel" zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib.
Xəzərin "Fort Boyard"ı haqda nə bilirik? – FOTOLARÖlkə ərazisində istehsal olunan bir çox başqa silah növləri burada sınaqdan keçirilib.

Gizli zavod müharibə boyu fəaliyyət göstərdi. Təkcə 1941-ci ildə burada 3200-dən çox buxar-qaz torpedası hazırlandı. Alman kəşfiyyatı müəssisə haqqında bilirdi. Cəbhə xətti Xəzər dənizinə çatmasa da, Hitler Almaniyasının aviasiyası (Lütvaffe) bölgəni mütəmadi olaraq bombalayırdı. 8-ci sex də hava hücumlarından əziyyət çəkdi. Buna baxmayaraq, zavod fəaliyyətini davam etdirirdi.

Amma 1950-ci illərdə hər şey dəyişdi. Buxar-qaz torpedaları effektiv silah növü kimi sürətlə köhnəlirdi. 8 nömrə sex, onun laboratoriyası tədricən öz aktuallığını itirməyə başladı. 1966-cı ildə nəhayət, sexin bağlanması barədə qərar verildi və buradakı sınaq laboratoriyası Qara dənizə köçürüldü. Xəzərin "Fort Boyard"ında olan bütün sənədlər isə "KQB" tərəfindən arxivə aparıldı və ya məhv edildi.
Xəzərin "Fort Boyard"ı haqda nə bilirik? – FOTOLARBundan 10 il sonra qapalı sexdə yanğın baş verdi və sex tamamilə yararsız hala gəldi.

Bu gün 8 nömrəli sex və yerləşdiyi ərazi tərk edilmiş vəziyyətdədir və illər keçdikcə tədricən dağılır.

Hazırda bu ərazi həvəskarlar və ekstremal idman həvəskarları üçün əsl ziyarətgaha çevrilib.
Xəzərin "Fort Boyard"ı haqda nə bilirik? – FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1381   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021