Pomidor ixracının azalmasının kökündə dayanan amillər - ARAŞDIRMA

Pomidor ixracının azalmasının kökündə dayanan amillər - ARAŞDIRMAPomidor ixracımızda keçən illə müqayisədə azalmalar müşahidə edilir. Ekspertlər sahibkarların ixraca meyilli olmadıqlarını bildirirlər. Sahibkarlar isə bunu məhsula görə ödənişin gecikməsi ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac məhsullarından biri pomidordur. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilir. İcmala əsasən, bu rəqəm 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 faiz azdır. Bu azalmanın səbəbi nədir? İxracı daha da artırmaq, sahibkarları stimullaşdırmaq üçün hansı addımlar atıla bilər?

Məhsulun maya dəyəri artıb

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov pomidor ixracının azalmasının kökündə dayanan amilləri sadaladı: "Birinci səbəb odur ki, istixanalarda pomidorun becərilməsi xərclərinin artması istehsal olunan məhsulun maya dəyərini yüksəldir. Bu da bazara çıxarılan pomidorun rəqabət qabiliyyətini azaldır. Digər bir səbəb Rusiya rublunun dəyər itirməsidir. Pomidor ixracımızın əsas bazarı Rusiyadır. Rublun xarici valyutalar qarşısında dəyərinin azalması fermerlərin ixrac etdikləri kənd təsərrüfatı məhsullarının satışından gələn gəlirlərini kəskin azaldır. Bu da pomidor istehsalına marağın azalmasına səbəb olur".

Kifayət qədər emal sənayesi müəssisələri yoxdur

Deputatın fikrincə, ixracı artırmağın əsas yollarından biri emal sənayesini inkişaf etdirməkdir: "İstixana şəraitində yetişdirilən kənd təsərrüfatı məhsullarının emal sənayesinə yönəldilməsi rentabelli olmur. Emal sənayesi əsasən mövsüm dövründə tədarük olunan məhsullarla fəaliyyət göstərməlidir. Amma regionlarda kifayət qədər emal sənayesi müəssisələri yoxdur. Emal sənayesinin inkişafı qeyri-neft məhsullarının il boyu ixracına yol açar. Bu, həm də ölkədə yeni iş yerlərinin açılması üçün imkanların yaranması deməkdir. Emal sənayesinin inkişaf etdirilməsi mövsüm zamanı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz tədarük olunmasına da şərait yaradar".

Dövlət yox, sahibkar yaratmalıdır

A.Badamovun sözlərinə görə, emal sənayesinin inkişafı sahibkarların üzərinə düşən məsələlərdəndir: "Məhz emal sənayesinin lazımı səviyyədə inkişaf etməməsi nəticəsində kənd təsərrüfatı məhsullarının mövsüm zamanı qiymətləri çox aşağı olur. Fermerlər vaxtında tədarük edə bilmədikləri üçün böyük itkilərlə qarşılaşırlar. Emal sənayesinin yaradılmasını dövlət həyata keçirməməlidir. Bu işi sahibkarlar etməlidirlər. Dövlət sahibkarlığın inkişafına kifayət qədər dəstək göstərir. Amma təəssüf ki, nədənsə sahibkarlar emal sənayesinin inkişaf etdirilməsində çox da maraqlı deyillər".

İqtisadçı Cəfər İbrahimli bildirdi ki, pomidor ixracımız əslində statistikada göründüyü qədər azalmayıb: "Pul dəyəri ilə ixracda azalma görünür. Amma miqdar dəyəri ilə hesablayanda o qədər də azalma yoxdur. Bu azalma 2,5 faizə yaxındır. Bu hal xüsusilə son illərdə daha çox müşahidə edilir. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti "Rosselxoznadzor" bəzi malların geri göndərilməsinə qərar vermişdi. Sertifikasiya məsələlərindəki problemlər və qida ilə bağlı təhlükəli normalar ixracın azalmasına təsir göstərib".

Fürsətləri dəyərləndirmək lazımdır

C.İbrahimli düşünür ki, Rusiyaya pomidor ixracını daha da artırmaq üçün fürsətləri dəyərləndirmək lazımdır: "Rusiya rəsmiləri açıqladı ki, daha çox ixrac olunan məhsulları, həmçinin pomidoru gömrük vergisindən azad etdilər. Böyük ehtimalla, Rusiyada bu məhsula olan tələbin artacağı gözlənilir. Yəqin ki, bir çox ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması buna səbəbdir. Uzunmüddətli perspektiv üçün bu addım atılırsa, deməli, Rusiyada bu məhsula tələb var və idxalı davam edəcək. Sahibkarlar bu imkanlardan yararlanıb, istehsal həcmlərində artıma gedə bilərlər. Kənd təsərrüfatı, xüsusilə də pomidor istehsalı və emalı məsələlərinə dövlət tərəfindən kifayət qədər güzəşt və subsidiyalar ayrılıb".

Xəstəliklər istixanaları məhv edib?

Sahibkar Eldar Hüseynov da ixracın azalmasına aydınlıq gətirdi: "Azalmanın birinci səbəbi Rusiya rublunun dəyərini itirməsidir. İkinci səbəb odur ki, Rusiyanın hələ ki, öz malı var idi və tələbat da həddən artıq azalmışdı. Daxildə olan məhsullarımızda isə xəstəlik aşkarlandı. Ölkəyə gətirilən toxumlarda virus mövcud idi. Bu xəstəliklər də istixanaları məhv etdi. Ona görə ölkədən ixrac edilən məhsullar keçən ilə nisbətən azaldı".

3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik

E.Hüseynovun sözlərinə görə, artıq daha fərqli sortların yetişdirilməsinə ehtiyac var: "Rusiya hökuməti böyük maliyyə ayırıb və artıq özləri pomidor istehsalına başlayırlar. İranda 1000 hektarlıq, Krımda, Qara dənizin, Xəzər dənizinin sahillərində böyük istixanalar qururlar. Yəni yaxın beş ildə Rusiyanın ixrac məhsullarına ehtiyacı qalmayacaq. Artıq özləri istehsal edə biləcəklər. Bu səbəbdən bizim əkinçilər elə sortlar yetişdirməlidirlər ki, onlardan Rusiyada olmasın. Önümüzdəki illərdə Azərbaycanda istixanalara dotasiya verilməsə, əkin seqmenti dəyişdirilməsə, 3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik".

Artıq bazardan məhsul alınmır

Müsahibimiz sahibkarların ixraca maraq göstərməməsi məsələsinə də toxundu. Bildirdi ki, ixrac zamanı ödəniş gec çatdığı üçün daxili bazar daha sərfəlidir: "Problem odur ki, Rusiya da artıq market alverinə keçib. Kimin marketlərlə müqaviləsi varsa, malını sata bilir. Kimin əlaqəsi yoxdursa, bazarda satır. O zaman da satılmayan məhsul məhv olur, atılır. Əsas məsələ ödənişdir. Sahibkara pul lazımdır ki, işçinin maaşını, gübrənin, qazın pulunu verə bilsin. Rusiyaya ixrac olunan malların ödənişi gecikdiyi üçün bəzi hallarda sahibkarlar məhsullarını daxili bazarda satmağa üstünlük verirlər".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 785   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evinin balkonundan pizza satmağa başlayan kişi 90 dəqiqəyə 70 sifariş aldı - VİDEO

Oslo şəhərində yaşayan bir kişinin qeyri-adi biznes ideyası qısa müddətdə böyük maraq doğurub. xarici mediaya istinadən xəbər verir ki, kişi evinin balkonunda hazırladığı pizzaları xüsusi qurğu vasitəsilə aşağı endirərək müştərilərə çatdırıb. Məlumata görə, sahibkar bu fərqli üsulla cəmi 90 dəqiqə ərzind

6 may
.

Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması

Rusiyalı ekspert Roman Timaşov avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəblərini açıqlayıb. xəbər verir ki, bu barədə mütəxəssis "Motor" jurnalına müsahibəsində danışıb. Onun sözlərinə görə, akkumulyatorun (AKB) sıradan çıxmasının əsas səbəbləri arasında uzunmüddətli saxlama zaman

6 may
.

Qəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri

Qəhvə bəzi tibbi preparatların təsir mexanizmini dəyişə və birbaşa əks-göstəriş qeyd edilməsə belə, arzuolunmaz reaksiyalara səbəb ola bilər. xəbər verir ki, həkim Nəzifət Urtenova "İzvestiya" nəşrinə müsahibəsində bu kofeinli içkinin hansı dərman qrupları ilə birgə qəbulunun təhlükəli olduğun

8 may
.

Sağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?

Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər. xəbər verir ki, bu barədə ekspert Klaudia Meyreles "Metropoles" nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib. Mütəxəssisin bildirdiyinə görə, müəyyə

8 may
.

Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı

Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub

5 may
.

Yer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama

Sakit okeanda, Vankuver adası sahillərində Şimali Amerika tavasının altına Xuan-de-Fuka və Eksplorer plitələrinin çökməsi (subduksiya) prosesi hazırda qeyri-adi şəkildə davam edir. Bu geoloji dəyişiklik uzaq gələcəkdə planet üçün ciddi təhlükələr yarada bilər. xəbər verir ki, bu barədə "LAD Bible"

6 may
.

Qardaşından İbrahim Tatlısəsə sərt ittiham: "Sənət həyatımı bitirmək üçün əlindən gələni edib"

Məşhur müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı, illərdir davam edən səssizliyini pozaraq ailə daxilindəki sənət qarşıdurması ilə bağlı səs-küy yaradacaq açıqlamalar verib. Türkiyə mediasına istinadla xəbər verir ki, qardaşının onun karyerasına dəstək olmaq əvəzinə, maneə törətdiyini iddia edib

8 may
.

Rusiya çempionu güllələndi

Naməlum şəxslər Rusiya funksional çoxnövçülük çempionu Dmitri İsayevi Kaluqada güllələyərək öldürüblər. -ın xarici mediaya istinadən məlumatına görə, cinayət mayın 7-si gecəsi baş verib. Məlumatı onun ən son işlədiyi klub da təsdiqlənib. Digər xəbərə görə, hücum edən İsayevin sevgilisinin keçmiş sevgilis

7 may
.

Niyə toyuqlar öz yumurtalarını yeyirlər: bu pis vərdişdən necə əbədi qurtulmaq olar?

Toyuqlar bəzən öz yumurtalarını dimdikləməyə və yeməyə başlayırlar və bu, demək olar ki, həmişə quşların idarə olunmasında bir problem olduğunun əlamətidir. xəbər verir ki, səbəblər sadə qida çatışmazlığından tutmuş stressə, yuvada həddindən artıq sıxlığa və ya pis qulluqa qədər müxtəlif ola bilər. Xo

4 may