Polşada növbəti dəfə Ukraynaya məxsus taxılı yerə dağıdıblar
Polşada Doroxusk dəmiryol stansiyasında naməlum şəxslər Ukraynaya məxsus vaqonlarda olan taxılı yerə töküblər.
"Report" xəbər verir ki, bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov bildirib. Onun sözlərinə görə, bu, dəmiryol vağzalında baş verən sayca dördüncü belə hadisədir.
A.Kubrakovun sözlərinə görə, bu, Ukraynanın kənd təsərrüfatı məhsullarının sistematik şəkildə məhv edilməsi planlaşdırılan təxribata bənzəyir. "Bu cinayətləri törədənləri Ukrayna sülhü və sivil dünyanın qələbəsi qətiyyən maraqlandırmır. Biz Polşa hüquq-mühafizə orqanlarını dərhal cavab verməyə çağırırıq", - o, "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, fevralın 20-də polşalı fermerlər Ukrayna ilə sərhəddə 30 günlük tətilə başlayıb və sərhəd keçid məntəqələrinə gediş-gəlişi əngəlləyiblər. İlk gün etirazçılar küçəyə Ukrayna taxılını səpələyiblər. Bunun ardınca Ukrayna Prezidenti Volodimir Zelenski Polşa hakimiyyətini fevralın 24-dək problemi həll etmək üçün sərhəddə görüş keçirməyə dəvət edib. Bir gün əvvəl Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Polşa sərhədinə gəlib, lakin Polşa nümayəndələri gəlməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 653 Tarix: 24 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021