Qərb son iki ildə Ukraynaya 130 milyard avrodan çox vəsait ayırıb
Avropa İttifaqı 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib.
"24 fevral 2022-ci ildən biz Ukraynaya dəstək üçün 82 milyard avro və ya 83 milyard avro ayırdıq. Daha 50 milyard avro əlavə makromaliyyə yardım paketinə daxildir", - o, Rada telekanalında deyib.
Daha əvvəl Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat vermişdi ki, Kiyev fevralın 1-də Avropa İttifaqının sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 2024-cü ildə 18 milyard avro almağı planlaşdırır.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək və onun icrası hər rüb Avropa Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda, xüsusi yaradılmış audit şurası Ukrayna hakimiyyətinin alınan pulları dəqiq necə idarə etməsinə nəzarət edəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 743 Tarix: 24 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021