Qədim Bakı adətləri: Qızların bahalı paltarda getdikləri hamamlar - VİDEO
İki əsr bundan əvvəl köhnə Bakını hamamsız təsəvvür etmək olmazdı. Hətta hamam cəhətdən Bakını Romanın xələfi də saymaq olar. Bakıdakı ilk hamam 14-cü əsrdə Nardaranda mövcud olsa da, hamama getmək adəti daha çox 18-19-cu əsrlərdə yayılmışdı.
Bakılılar hər dəfə fərqli hamamlara getməzdi, hər bakılının daim getdiyi bir hamam olardı. Ağa Mikayılın, Hacı Qaibin, Qasım Bəyin hamamları 19-cu əsrin məşhur hamamları idi. Hamam insanların həm də əyləncə yeri idi. Eyni zamanda hamamlarda bərbərlər də fəaliyyət göstərirdilər.
Bakıda hamam binası əsasən iki hissədən ibarət idi: bayır və içəri hissələr. Bayır hissə soyunub-geyinmək üçün, içəri hissə isə çimməkdən ötrü idi. Hamamın suyu odun, ya da neftlə isidilirdi. İçəridə iliq su ilə dolu hovuz olardı. Kisələnəndən sonra insanlar bu hovuza girib yaxalanardılar. Müasir hamamlardakı VİP kabinələr kimi, əvvəllər hamamda xəlvəti hovuzlar olurdu. Orada təkcə şəhərin varlı şəxsləri çimərdi.
Hamamlarda çılpaq yuyunmaq qadağan idi. Soyunandan sonra cumadar adlandırılan hamam xidmətçisi hərəyə bir fitə verərdi. Yalnız fitəyə büründükdən sonra çimməyə icazə verilərdi. Cumadarlar varlılara ipək, kasıblara isə iplikdən tikilmiş fitə verərdi.
Köhnə Bakıda mövcud olan və indi də qalan adətlərdən biri toy hamamı anlayışıdır. Toydan bir gün qabaq bəy öz dostlarını hamama dəvət edər və hamam pulunu özü ödəyərdi. Bu adət "O olmasın, bu olsun" filmində də göstərilir. Həmin filmin hamam səhnəsi "Ağa Mikayıl" hamamında çəkilmişdi. İndiyədək insanlar "Ağa Mikayıl" hamamına "Məşədi İbad" hamamı deyirlər.
Kişilərin və qadınların hamam günləri ayrı idi. Kişilərə nisbətən qadınların hamam günü daha səs-küylü keçərdi. Çünki qadınlar öz uşaqlarını da hamama gətirərdilər. Arvad yengələri bütün günü hamamda düşüb qalardılar. Onlar övladlarına qız axtaran adamların pulu ilə çimərdilər. Peşələri gizli-gizli qızlara göz qoymaq idi. Cavan gəlinlər öz paltarlarını nümayiş etdirmək üçün zərbaftalı don geyinib bəzənərdilər, ən bahalı qızıllarını taxıb nümayiş etdirərdilər. Bütün bunlar "Qanun naminə" filminin hamam səhnəsində göstərilir.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1453 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrRənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrUşağa yeməkdə bunları qadağan etməyin
Siz uşağa şirniyyatı qadağan edirsiniz. Hər konfeti nəzarətdə saxlayırsınız. "Zərərli" hesab etdiyiniz məhsulları menyudan çıxarırsınız. Düşünürsünüz ki, bununla sağlam uşaq böyüdürsünüz. Amma bir müddət sonra o, gizlicə şokolad yeməyə və ya makarondan başqa hər şeydən imtina etməyə başlayır
23 sentyabr