Baş nazir: Ukrayna ölkənin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək
Ukrayna ölkənin bərpası məsələsində Türkiyə şirkətləri ilə yaxından işləyəcək.
"Report"un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən "Ukrayna –2024-cü il" beynəlxalq forumundan verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Denis Şmıhal çıxış edən Ukraynanın Baş naziri Denis Şmıhal deyib.
"Biz ərazilərimizin bərpasında Türkiyə şirkətləri ilə yaxından işləyəcəyik", – siyasətçi qeyd edib.
Onun sözlərinə görə, Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar: "Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çoxlu sayda müqavilələr imzalanıb. Müharibə başlayandan bəri Türkiyə dövləti Ukraynaya böyük kömək edir. Hazırda Ukraynada "Bayraktar"ın zavodu tikilir".
Xatırladaq ki, Ukraynada tikintisi həyata keçirilən dron zavodunda "Bayraktar"ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 744 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr