İnternetimizin sürətini azaldan səbəblər: Nələri bilmək lazımdır? - ARAŞDIRMA

İnternetimizin sürətini azaldan səbəblər: Nələri bilmək lazımdır? - ARAŞDIRMABir çoxlarımız bəzən istifadə etdiyimiz internetin sürətindən, yaxud davamlılığından şikayət edirik. Ekspertlər bildirirlər ki, bu məsələdə problem yaradan əsas məqamlardan biri də "Wi-Fi" qurğularıdır.

Bazara gətirilən sertifikatsız "Wi-Fi" qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür, bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır. Bu fikirlər İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) açıqlamasında yer alıb. İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların keyfiyyətindən əmin olmağa və sertifikatı olmayan modemlər ilə bağlı tənzimləyici quruma məlumat verməyə çağırıb. Bəs vətəndaşlar şəbəkə qurğuları alarkən əldə etdiyi avadanlığın keyfiyyətli olduğuna necə əmin ola bilər?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

"Ucuz və keyfiyyətsiz qurğular satılır"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, internetin keyfiyyətinə və sürətin azlığına təsir göstərən bir çox məqamlar mövcuddur: "Bunlardan ən vacibi də məhz şəbəkə paylayıcılarıdır. Onların keyfiyyətli olması internetin sürətində çox əhəmiyyətli yer tutur. Təəssüflər olsun ki, Azərbaycanda ucuz və keyfiyyətsiz olan bəzi qurğular satılır. Onlar internetin sürətində problemlər yaradır. Modem seçərkən diqqətli olmaq lazımdır. Ölkəyə keyfiyyətli aparatların gətirilməsi böyük əhəmiyyət daşıyır. Nə qədər sürətli internet alsanız da, aparat keyfiyyətsiz olduğu halda daha zəif internet paylayacaq".

20-30 manatlıq avadanlıqdan gözləntilərimiz

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, qiyməti orta olan məhsullar daha keyfiyyətli hesab edilir: "Bazarda satılan avadanlıqlara diqqət yetirsək, görərik ki, tanınmış istehsalçıların və bir də az tanıdığımız, adını ilk dəfə eşitdiyimiz şirkətlərin məhsulları mövcuddur. Mağazalarda bir neçə istehsalçının 20-30 manatdan 200-250 manata qədər evdə istifadə etdiyimiz internet paylayıcı qurğuları satılır. Funksionallığı eynidir. Amma ucuz olanlar zirzəmi şəraitində keyfiyyətsiz ehtiyat hissələrindən hazırlanır. Bəzi işbazlar da belə avadanlıqları sifariş verirlər. Bizə tanış olan şirkətlərin məhsulları isə özünü daha yaxşı göstərir. Qiyməti orta seqmentdə olduqda cihaz daha keyfiyyətli ehtiyat hissələrindən hazırlanır və performansı yüksək olur. 20-30 manatlıq avadanlıqdan gözləntilərimiz elə də böyük olmamalıdır. Çünki bizi gec-tez məyus edəcək".

Sertifikatsız məhsul aldıqda...

F.Mirəliyevin fikrincə, mütləq şəkildə bu avadanlıqların sertifikatı olmalıdır: "Azərbaycanda məhsul satmaq istəyən istehsalçılar avadanlıqlardan nümunələr təqdim edib məhsulları üçün uyğunluq sertifikatı almalıdırlar. Bu sertifikatın mahiyyəti ondan ibarətdir ki, dövlət orqanları səviyyəsində həmin avadanlıqlar test laboratoriyalarında yoxlanışdan keçəcək və onların bütün tələblərə cavab verməsi təsdiq olunacaq. Amma belə görünür ki, hazırda bazarda müxtəlif mənşəli avadanlıqlar satılır. Yekunda isə vətəndaşlar narazı qalırlar. Uyğunluq sertifikatı almış avadanlıqlar daha yüksək keyfiyyətli hesab edilir. Bir çox hallarda internet zəifliyinə görə vətəndaş müvafiq orqanlara şikayət ünvanlayır. Araşdırmalardan sonra məlum olur ki, səbəb avadanlıq imiş. Sertifikatsız məhsul aldıqda istehlakçı bütün məsuliyyəti öz üzərinə götürür və keyfiyyətsiz xidmətlə bağlı hər hansı bir irad bildirə bilməz".

Ağıllı texnologiyalara keyfiyyətli paylayıcı lazımdır

Müsahibimiz internet paketlərinin də nəzərə alınmalı olduğunu bildirdi: "Paylayıcı qurğuların internetin sürətində rolu böyükdür. Amma internet paketini də diqqətə almaq lazımdır. Hər bir abunəçi internet provayderi ilə müəyyən tarif çərçivəsində müqavilə bağlayır. Məsələn, 30-100 megabit sürətli internet paketi seçir. Elə provayderlər var ki, vətəndaşı aparatla da təmin edirlər. Amma eləsi də var ki, istifadəçi özü avadanlıq almalı olur. Bəzən də vətəndaş provayderin verdiyi avadanlığı bəyənmir və özü daha yaxşısını quraşdırır. Yüksək sürətli internet paketi seçib, ucuz və keyfiyyətsiz paylayıcı istifadə etsəniz, keyfiyyətli internet ala bilməyəcəksiniz. Evdə istifadəçi sayı çoxaldıqca sürət daha da zəifləyəcək. Yaxud yüksək sürət tələb edən yerlərə daxil olduqda problemlər yaşayacaqsınız".

Hansısa avadanlığı seçmişiksə, bunları da bilməliyik

Ekspert qeyd etdi ki, aparat seçərkən bir neçə məqama diqqət etməliyik: "Hər avadanlığı qiymətinə görə dəyərləndirmək olmaz. Hansısa avadanlığı seçmişiksə, ilk növbədə istehsalçı ilə tanış olmalıyıq. Baxmalıyıq ki, bu aparatın öz ölkəsində dövlət standartlarına uyğunluğu varmı. Yaxud bizim dövlət orqanlarından sertifikat əldə edə bilibmi? Avadanlığın bütün texniki parametrləri araşdırılmalıdır. Texnologiya inkişaf edir, internetin sürəti artırılır. Yeni texnologiyalarla təchiz olunmuş aparatlar daha yüksək sürətlə çalışır. Neçə ötürücüsü var? Eyni anda neçə cihaza qoşulur? İstehsalçı öz məhsulunu neçə il dəstəkləyəcək? Yəni həmin avadanlıqda funksionallıq artırılacaq, yenilənmələr gələcək və paylayıcı daim aktiv olacaqmı?"

Qiymətinin fərqi yoxdur?

Şəbəkə qurğularının satışı ilə məşğul olan Müşfiq Rüstəmov isə dedi ki, alıcılar da sertifikat tələb etmir, aparatlarda da olmur: "Aldığınız məhsul tanınmış marka olduqda keyfiyyətli məhsul sayılır. Şəhərdə ən çox satılan 1-2 marka var. Onlar da kifayət qədər etibarlıdır. Aparatların üzərində sertifikat yoxdur. İnsanlar da bunu tələb etmirlər. Ucluqlarının sayı nə qədər çox olarsa, aparatın əhatə dairəsi o qədər genişlənir. Məsələn, 100 kvadratmetrlik evlərə bir ötürücü kifayət edir. Ucluq sayı artdıqca keyfiyyət daha güclü olur. Qiymətinin fərqi yoxdur. Qiymət yüksəldikcə yalnız imkanları genişlənir, menyusu artır. Daha bahalı avadanlıqları əsasən ofislərdə, şirkətlərdə quraşdırırlar. Ev üçün isə 20 manatlıq da, 200 manatlıqla eyni keyfiyyəti verir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1340   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər

Mütəxəssislər əlavə avadanlıq almadan evdə Wi-Fi siqnalını necə yaxşılaşdırmağın yollarını izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əksər hallarda əlaqə problemlərinin provayderlə və ya routerin nasazlığı ilə deyil, xarici amillərlə bağlı olduğunu hesab edirlər. Siqnalın keyfiyyətin

8 may
.

Hollivud ulduzundan qeyri-adi addım: yeyilə bilən geyimini qonaqlara təqdim etdi - VİDEO

Məşhur aktrisa Uorfi Cavid qatıldığı tədbirdə maraqlı geyimi ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, tamamilə yeyilə bilən tortdan hazırlanan fərqli libasla gecəyə qatılan məşhur sima qeyri-adi görünüşü ilə sosial şəbəkələrdə gündəm olub. Tədbir iştirakçıları aktrisanın seçimini maraqla qarşılayıblar

8 may
.

Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar

Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind

6 may
.

Qardaşından İbrahim Tatlısəsə sərt ittiham: "Sənət həyatımı bitirmək üçün əlindən gələni edib"

Məşhur müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı, illərdir davam edən səssizliyini pozaraq ailə daxilindəki sənət qarşıdurması ilə bağlı səs-küy yaradacaq açıqlamalar verib. Türkiyə mediasına istinadla xəbər verir ki, qardaşının onun karyerasına dəstək olmaq əvəzinə, maneə törətdiyini iddia edib

8 may
.

14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı

Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay

5 may
.

Britaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi

Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. 28 yaşlı müəllimə əməliyyatdan sonra reanimasiya şöbəsində ayılıb. Məlum olub ki, narkoza (anesteziya) allergiyas

6 may
.

Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması

Rusiyalı ekspert Roman Timaşov avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəblərini açıqlayıb. xəbər verir ki, bu barədə mütəxəssis "Motor" jurnalına müsahibəsində danışıb. Onun sözlərinə görə, akkumulyatorun (AKB) sıradan çıxmasının əsas səbəbləri arasında uzunmüddətli saxlama zaman

6 may
.

Yenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası

90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v

8 may
.

Bu ölkədə ət reklamları yığışdırıldı

Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu

5 may