Heydərova məxsus olduğu deyilən daha bir şirkət məhkəmə qarşısında
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olduğu deyilən "MKT İstehsalat Kommersiya" MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə ittiham edilir.
Bu maddə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və Mərkəzi Banka təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulması, "Mühasibat uçotu haqqında" Qanunun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması ilə bağlıdır.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Martın 12-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.
Şirkətin ittiham olunduğu maddəyə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
"MKT İstehsalat Kommersiya" MMC 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923, 51 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur.
Rövşən Həsənov "GP Cotton Holdings" MMC-nin də qanuni təmsilçisi olub. Bu şirkət artıq "MKT İstehsalat Kommersiya" MMC-yə birləşib.
Bir neçə il əvvəl Kəmaləddin Heydərova məxsus olduğu deyilən 6 şirkət "MKT İstehsalat Kommersiya" MMC-yə qoşulduğunu bəyan edib. Bunlar aşağıdakı şirkətlərdir:
"Beynəlxalq Ticarət Mərkəzi" MMC
"MKT-Araz Futbol Klubu" MMC,
"Leqno-İmişli" ММC
"Leqno-Neftçala" ММC
"İmişli Sənaye İnşaat" MMC
"İnnovasiya Fermer Təsərrüfatı" MMC
Mediada "MKT İstehsalat Kommersiya" MMC-nin Kəmaləddin Heydərova məxsus olması barədə kifayət qədər yazılıb. Hətta MKT abreviaturasındakı K hərfinin Kəmaləddin Heydərovun adının baş hərfi olduğu iddia edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 732 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küləyə görə bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi
8 aprelXəzərdə yenidən zəlzələ oldu
Xəzər dənizində yenidən zəlzələ baş verib. xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb. Yeraltı təkan 51 km dərinlikdə olub
8 aprelBu xəstəxanın sahibinin üç milyon manat borcu yaranıb
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb. Qeyd edək ki, "Synerg
9 aprelGecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq - 2 gün
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu istiqamətdə yol örtüyünün istisma
9 aprelSel və daşqınlara görə ölkədə yoluxucu xəstəlik yayılır? (RƏSMİ)
Hazırda ölkədə sel və daşqınların təsirinə məruz qalmış bölgələrdə yoluxucu xəstəliklərin artımı müşahidə edilmir. bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən -in sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, respublikada infeksion xəstəliklər üzrə epidemioloj
8 aprelAzərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Həmçinin bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zama
9 aprelAzərbaycanda əcnəbilərlə nikahların sayı azalıb
2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub. Məluma
9 aprelSiyəzəndə qaz KƏSİLƏCƏK
Siyəzən rayonu Böyük Həmyə kəndi istiqamətində istismarda olan qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq 10 aprel saat 10:00-dan qaz təchizatı dayandırılacaq. xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir müddətində Böyü
9 aprel