Ucu-bucağı görünməyən TIXACLAR: "Bakıda alternativ yol yoxdur, küçələr tikinti meydançasına çevrilib, bu barədə DÜŞÜNÜLMƏYİB "
Bakıda demək olar ki, hər gün tıxac yaşanır. Ucu-bucağı görünməyən tıxaclar əsasən səhər və axşam saatlarında müşahidə olunur. Bəs bunun səbəbi nədir? Bu problem necə aradan qaldırıla bilər?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, Bakıda alternativ yollar yoxdur:
"Bəzi küçələrdə hərəkətin intensivliyi müəyyən qədər nəqliyyat sıxlığına səbəb olur. Çünki alternativ yollarımız çox azdır. Vaxtı ikən isə bu barədə düşünülməyib. Bir çox küçələr tikinti meydançasına çevrilib. Belə olan halda da sıxlıq yaranır. Çünki yol şəbəkəsi vaxtında düzgün qurulmayıb. Bununla paralel həm də ictimai nəqliyyat məsələsi arxa planda qalıb. Burada ciddi şəkildə inkişafdan danışmaq olmur. İctimai nəqliyyatın vəziyyəti ağırlaşdığı üçün, insanlar şəxsi avtomobillərə və taksilərə üstünlük verib. Nəticədə bu gün şəxsi avtomobil və taksilərin sayı həddən artıq çoxdur. Bu da öz təsirini göstərir".
Ekspert problemin həlli yollarına da toxunub:
"Bəzi addımlar atmaqla vəziyyətdən çıxmaq mümkündür. Bakının baş planı hazırlanıb. Müəyyən layihələrin icrası gözlənilir. Bu layihədə həm də ictimai nəqliyyat yeni yolların salınması gündəmdədir. Bu proses 2040 ilə qədər davam edəcək. Bu ilə qədər meteostansiyaların sayından tutmuş, yeni yolların çəkilməsi planlaşdırılır. Gələcək zamanda bu prosesin müsbətə doğru dəyişməsinin şahidi olacağıq. Bu istiqamətdə də müəyyən layihələrin artıq olduğunu görürük. İndiki halda Bakıda tıxaca səbəb olan hallar yalnız taksilər və avtomobillər deyil. Şəhərsalmadan tutmuş, metro stansiyalarımın sayı az olmasına qədər bu prosesdə payı var"
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 777 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrNəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə
29 sentyabrOktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabr