Gənclərin mənzil problemini həll etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA
Bu gün aktual olan problemlərdən biri gəclərin mənzillə təmin edilməsidir. Bu gün gənclər ev almaq üçün ucuz başa gəldiyinə görə mənzilləri bünövrədən almağa çalışırlar. Lakin bu zaman müəyyən fırıldaqçılıqlarla qarşılaşırlar. Eyni zamanda mənzil qiymətləri baha-başa gəldiyi üçün ev ala bilmirlər. Bəs Azərbaycanda gənclərin mənzil problemini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşviq Cəfərov Sonxeber.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə hökumət Mənzil İnşaatı Dövlət Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə güzəştli və aşağı faizli ipoteka kreditləri təklif edir:
"Amma bu mənzil problemini nisbətən aradan qaldırmaq üçün kifayət etmir. Belə ki, çoxlu sayda gənc ailələr güzəştli ipoteka kreditlərinə müraciət edərək ev sahibi ola bilirlər. Lakin bu sahədə hələ də müəyyən boşluqlar var. Belə ki, hazırda insanlar ailə qurmadan öncə ev problemini həll etməyə çalışır, elə bu səbəbdən də dövrümüzdə ailə qurmağa üstünlük verən gənclərin sayı gündən-günə azalır. Doğrudur, gənc ailələrin evlə təminatı sahəsində getdikcə daha səmərəli addımlar atılır, lakin hələ də əksər gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər".
Deputatın sözlərinə görə, bu kontekstdən də sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququndakı müəyyənləşdirilmiş əngəllər bir qisim gənc ailələrə maneədir:
"Bu isə evsiz gənc ailələrinin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir. Təəssüf ki, ev problemi günümüzdə çoxalan boşanmalara səbəb olur. Amma mən bütün hallarda gənclərin əsas qayəsinin müəyyən bir mülkə sahib olmaq əvəzinə gəncliyin verdiyi şansları dəyərləndirib inkişaf və karyeraya yönəlmələrini daha düzgün hesab edirəm. Əgər daima nümunə kimi göstərilən Avropa ölkələrinə nəzər salsaq orada gənclərin əsas fokuslandığı məsələ karyeradır. Mən özüm Amerikada yaşayanda da buna şahid oldum. Təbii ki, bu ölkələrdə də gənc ailələr güzəştli mənzil sahibi olmaq üçün müraciət edirlər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Oktyabrda hava necə olacaq?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA