Qaçırılan qızın öldüyü hadisə ilə bağlı hökm oxundu - "Maşını 150 ilə sürürdü"
Ötən ilin sentyabr ayında Quba rayonu ərazisində 23 yaşlı İnci Səfərlinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, qəzanı törədən sürücü, 22 yaşlı Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Quba Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə vaxtı N.Nəsirov avtomobili yüksək sürətlə idarə edirmiş. Belə ki, Abşeron rayonu Məmmədli qəsəbəsində yaşayan Nihat Bakıda akademik M.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzində tibb bacısı işləyən İncini sevirmiş və onlar evlənmək qərarına gəliblər. Lakin qızın ailəsi bu izdivaca razı olmayıb və onu Quba rayon Təngəaltı kəndində yaşayan qohumlarının evinə göndəriblər. Hadisə də Nihat dostu İlhamla birgə Qubaya gedib İncini qaçırarkən baş verib.
İnci Səfərlinin anası məhkəmədəki ifadəsində bildirib ki, Nihatın ailəsi hadisədən 1 ay əvvəl onunla əlaqə saxlayıb: "Qızım Topçubaşov adına xəstəxanada tibb bacısı işləyirdi. 2023-cü ilin iyununda mənə Nihat adlı şəxsdən xoşunun gəlməsini bildirmişdi. Bundan bir ay sonra Nihatın anası zəng edərək onların münasibətləri barədə bildirdi. Oğlanın anasına bu işdən xəbərimin olduğunu, lakin Nihatın heç yerdə işləmədiyini, işə düzələcəyi halda elçi gələ biləcəklərini dedim. Avqustun 23-ü qızımı Qubaya göndərdik. Sentyabrın 5-i gecə saat 3-də hadisə baş verib. Nihatla bağlı heç bir şikayət və tələbim yoxdur".
Qəzada xəsarət almış Nihatın dostu İlham Kərimov bildirib ki, hadisə zamanı İncinin qohumları onları təqib edirmiş: "Sentyabrın 4-ü axşam saatlarında Bakıda dostum Nihat Nəsirovla görüşdük. Nihat İnci adlı qızla münasibətəri olduğunu, lakin qarşı tərəfin valideynlərinin narazı olduğunu dedi. Bir qədər sonra Nihat İncini Quba rayonundan qaçırmağı təklif etdi.
İnci vatsapla olduğu yerin məkan məlumatını göndərdikdən sonra Nihatın idarə etdiyi "Hyundai Matrix" markalı avtomobillə Qubaya getdik. Təngəaltı kəndinə çatdıqdan sonra İncinin olduğu məhəllədə dayandıq. Bu zaman tanımadığımız şəxs avtomobilə yaxınlaşaraq dayanmağımızın səbəbini soruşdu. Nihat həmin şəxsə nişanlısı İncini aparması üçün gəldiyini bildirdi. Həmin şəxs onlardan uzaqlaşaraq divarın dibində oturdu, bir qədər sonra İnci evdən çıxaraq gəlib maşına əyləşdi. Biz yola düşdükdən sonra adını bilmədiyimiz həmin şəxs öz avtomobili ilə bizi təqib etməyə başladı. Həmin şəxsdən uzaqlaşmaq üçün Nihat maşını yüksək sürətlə, yəni 140-150 km/saat sürətlə idarə etməyə başladı. Bir qədər getdikdən sonra avtomobil ani olaraq yoldan çıxıb çayın dərəsinə aşdı. Sonra huşumu itirmişəm və xəstəxanada özümə gəlmişəm".
Quba Rayon Məhkəməsinin hökmü ilə Nihat Nəsirova 4 il müddətinə azadlıqdan məhrumetmə və 2 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.
Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1657 Tarix: 28 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr