Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar""Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyada öz obrazımın faciəsini də göstərə bildim. Bu xoşuma gəldi. Cəfər Cabbarlıdan qaynaqlanıb bir ssenari yazıblar, Almaz yəni "Vətəndaş-A". Bu serialın da hazırda montaj işləri gedir. Burada da mən məktəb direktoru rolunu oynayıram. Bu rolumdan, mən yaşda adamın gənc rejissorla mübahisələrindən danışmaq istəyirəm. O nəticədə mənim oyun tərzimi dəyişdirə bildi, buna nail oldu. Qışqıra-qışqıra, xətrimə dəyə-dəyə buna nail oldu. Bu gənc rejissor Elvin Rüstəmzadə idi. Çox xoşuma gəldi ki, o adımdan, sanımdan qorxmayaraq, vuruşa-vuruşa məni yolumdan döndərə bildi. Əgər rejissor aktyoru əzizi kimi çox istəmirsə, onda heç nə alınmır. Bu Elvinlə mənim 3-cü işim idi. Bizimki alınır. Mən ona oğlum deyirəm, o mənə dədə deyir. Sonuncu işimizdən çox xoşum gəldi".

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib.

O, gənclərə dəstək olduğunu bildirib:

"Gəncləri pisləməyin adı yoxdur. Hikmət Rəhimov, Azər Aydəmir, Qorqud Cəfər, Fərhad Səmimi kimi aktyorları necə pisləyə bilərəm? Əjdahadırlar! Həvəslə izləyirəm, sevə-sevə! Mən onlardan da öyrənirəm! Böyük məmnuniyyətlə mən Hikmət Rəhimovun çəkdiyi "Apatiya" filminə baxardım. Heyif ki, o məni dəvət etmədi. O uşağın öz aləmi var. Biri də var ki, deyir ki, "hamı çəkilir, qoy mən də çəkilim, həvəsim var".

Bax biz bunların əlində qalmışıq. Bunlar elə bilirlər ki, prodüserlik "babıçka" taxıb sonda səhnəyə çıxmaqdır! Xeyr! Bu, tamam başqa şeydir. Onlar ulduz xəstəliyinə tutulublar. Elə bilirlər ki, oxumasalar da, aktyordurlar. Filmlərə baxıb özlərini kiməsə oxşatmaqla aktyor olmurlar".

Xalq artisti Şuşaya gedib-gəldiyini də bildirib.

"Doğma diyarım Şuşaya gedib-gəlirəm. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri sədri Rövşən Rzayev hər zaman qaçqınlarla ağıllı və savadlı iş aparır. Onun qaçqınlarla birlikdə ərsəyə gətirdiyi bir sexi var. Orada üzük istehsal edir. Onun birini də mənə bağışlayıb... Şuşanın darvazaları da oradadır, üstünə Şuşa yazılıb və üzüyün qaşı da Cıdır düzünün torpağındandır. O üzüyü barmağıma taxanda kövrəlirəm", - deyə sənətkar bildirib.

Xalq artisti açıq-saçıq filmlərdən də danışıb:

"18+" vəziyyətdən çıxış yolu deyil. O səhnələr təqribən qadın hamamında gedib film çəkməkdir. Beynimə girmir mənim. Kişilər söhbət edəndə belə mövzulardan danışa-danışa edirlər. Yaxşı kişilər heç söyüş də söymürlər".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1747   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr