Tikintisi davam edən binalardan ev alanlar aldanmamaq üçün nəyə DİQQƏT ETMƏLİDİRLƏR?
Ölkəmizin mənzil bazarında yeni tikilən binalara xüsusi maraq var. Bu maraq o qədər güclüdür ki, bəzi insanlar tikintisinə yeni başlanılan binalardan da mənzil almaq üçün müraciət edirlər.
Amma bir məsələ var ki, tikilməkdə olan mənzillərin Dövlət Reyestrindən çıxarışı olmur. Bununla belə, tikilməkdə olan binalarda mənzillər hazır binalardakı mənzillərdən xeyli ucuz olur. Ona görə də alıcılar bir qədər riskə gedib, tikintisi başa çatmayan binalardan mənzil alırlar.
Lakin bəzi hallarda binaların tikintisi vəd olunan vaxtda sona çatmır. Bəzən isə bir mənzilin bir neçə nəfərə satılması kimi xoşagəlməz hallar da baş verir.
Bəs aldanmamaq üçün nəyə diqqət edilməlidir?
Məsələ ilə bağlı Bizim.media-ya açıqlama verən hüquqşünas Şaiq Mirzəyevin sözlərinə görə, mövcud məsələ ilə bağlı tez-tez narazılıqlar ortaya çıxır:
"Bu narazılıqların olmaması üçün Baş Prokurorluq iki ay öncə tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq istəyən şəxslərə tövsiyələr ünvanlayıb. Həmin tövsiyələrdə bildirilir ki, tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən bəzi sənədləri tələb etməlidirlər.
Bunlar binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər, MTK binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır".
Həmsöhbətimiz onu da əlavə edib ki, alıcı tikinti prosesinin mərhələsindən asılı olaraq, yaşayış binası və mənzilə dair digər sənədlər, habelə kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədlərini də tələb etməlidir:
"Bütün deyilən sənədləri yerində olan MTK-dan ev alan heç bir vətəndaşı gələcəkdə, təbii ki, heç bir xoşagəlməz hadisə gözləmir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 753 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrƏli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrNəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə
29 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabr