"Qızılcanın dərmanıdır" dedilər: Azərbaycanda eşşək südünün litri 100 manat oldu
Ölkədə qızılca xəstəliyi geniş yayılıb. Virus əvvəlki dövrlərə nisbətən daha ağır formada özünü büruzə verir. Hətta bu xəstəlikdən ölənlərin sayı da gündən-günə artır. Artıq insanlar buna görə narahatlıq keçirir və xəstəlikdən xətərsiz qurtulmaq üçün bütün eşitdikləri, bildikləri üsullara əl atırlar.
Virusun qarşısında əlacsız qalan bəzi həkimlər isə xəstələrə eşşək südünü məsləhət görüblər. Onlar bildiriblər ki, əgər xəstə eşşək südü içərsə, səpkilər üzə çıxar və qızdırma dərhal düşər. Bunu eşidən işbazlar isə hərəkətə keçərək, eşşək südünün bir litrinin qiymətini 100 manata qaldırıblar. Hətta bir çox saytlarda da eşşək südünün satılması ilə bağlı elan paylaşanlar da var. Hələ bu südün, həqiqətən də, eşşək südü olub-olmadığı da şübhə altındadır.
Doğrudanmı eşşək südü qızılca üçün bu qədər faydalıdır, yoxsa bu da işbazların bir oyunudur?
Məsələ ilə bağlı tanınmış həkim Qalib Əsədov Publika.az-a açıqlamasında deyib ki, bu, cəfəngiyatdır:
"Bu, heç bir tibbi, elmi məlumatlara əsaslanmayan mənasız fikirdir. İşbazların bir oyunudur. Ümumiyyətlə, virusun dərmanı yoxdur. Virusa təsir edən immun sistemidir. Əgər eşşək südü virusu öldürsəydi, sovet vaxtı insanlar niyə bu qədər əziyyət çəkirdilər ki? Elə eşşək südü içib sağalardılar, virusun qarşısını alardılar. Təbabətdən, elmdən xəbəri olmayanlar digərlərini aldatmaqdan ötrü bu tipli məsələləri ortaya atıblar".
"Eşşək südünün öskürəyə necə təsiri var?" - sualına isə həkimin cavabı belə oldu:
"Öskürəyin müxtəlif növləri var. Quru öskürək, bəlğəmli öskürək və s. Südün heç bir fərqi yoxdur, inək südü olsun, keçi südü, qoyun südü, at südü - hamısı məməli heyvanların südüdür. Hansındasa xüsusi xassələr yoxdur".
Həkim onu da vurğulayıb ki, "Ögey ana" filmində türkəçarədən istifadə edən adamları lağa qoyurdular, 21-ci əsrə gəlmişik, yenə də elə şəxslərlə qarşılaşırıq:
"Yadınızdadırmı, Nəsibə Zeynalovanın yaratdığı bir obraz vardı - Fatmanisə qarı. Orada deyirdi ki, "bu dərmanlardansa bir baş sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıt kəsəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1123 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrƏli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrNəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə
29 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabr