Rüşvət alarkən saxlanılan vəzifəli şəxsləri neçə il HƏBS GÖZLƏYİR? - AÇIQLAMA

Rüşvət alarkən saxlanılan vəzifəli şəxsləri neçə il HƏBS GÖZLƏYİR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslər neçə il azadlıqdan məhrum edilə bilər?

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sonxeber.az-a açıqlama verib.
Rüşvət alarkən saxlanılan vəzifəli şəxsləri neçə il HƏBS GÖZLƏYİR? - AÇIQLAMAVəkil məsəlləyə aydınlıq gətirib:

"Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi rüşvət alma cinayətinin tərkibini yaradır. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə ail olan bu əmələ görə Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə məsuliyyət müəyyən edilib.

Rüşvət almağa görə, 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma isə Cinayıt Məcəlləsinin 311.2-ci maddəsinə əsasən 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, külli miqdarda (5 min manatdan yuxarı) törədildikdə, yaxud hədə-qorxu tətbiq olunmaqla törədildikdə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1424   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

9 aprel
.

Küləyə görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi

8 aprel
.

"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO

Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət

9 aprel
.

Bəzi ərazilərə LEYSAN, QAR yağacaq

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa

8 aprel
.

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabi

9 aprel
.

Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altınd

9 aprel
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər

9 aprel
.

124 yaşlı bina hər an uça bilər (VİDEO)

Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd

8 aprel
.

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə -a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Mill

8 aprel