Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLAR

Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARİspaniyanın Barselona şəhərində keçirilən 2024 Mobil Dünya Konqresi (MWC) mobil texnologiyaların sərgiləndiyi və sənayedəki ən son yeniliklərin vurğulandığı bir tədbir oldu. Dörd günlük tədbirin məğzinə 5G texnologiyalarının, generativ süni intellektin, bulud hesablamalarının ən son tətbiqləri daxildir. Tədbirdə 205-dən çox ölkə və bölgədən isə 100 mindən artıq insan iştirak edib.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARDünyanın dörd bir yanında texnologiya həvəskarlarının diqqətini çəkən bir tədbir olan "MWC 2024" tədbirində HONOR özünəməxsus yeniliyi ilə seçilir. Şirkət beynəlxalq media qurumları ilə görüşdə əsas hədəflərini açıqlayıb. Honor süni intellekt texnologiyası ilə bağlı əməkdaşlıq və texnoloji kommunikasiya strategiyasına start verib.Brendin "Magic Series" seqmentinin ən son modeli olan HONOR Magic6 Pro-nun təqdimatında ən maraqlı yeniliklərdən biri "Magic Portal" oldu. "Magic Portal" istifadəçi mesajlarını və davranışlarını anlamaq üçün süni intellektin gücündən istifadə edərək mürəkkəb tapşırıqları bir addımlı prosesə çevirir. Eyni zamanda, "Magic Capsule" ilə zənginləşdirilmiş Magic6 Pro istifadəçilərə vacib resurslara ani giriş imkanı verir və maksimum məhsuldarlıq üçün çoxsaylı proqramlar arasında naviqasiya ehtiyacını aradan qaldırır. HONOR Magic6 Pro həmçinin 50MP Ultra Geniş Kamera (f.2.0, EIS) və güclü 50MP əsas kamera (f/1.4 və f/2.0, OIS) ilə professional çəkilişi təmin edir. Bununla yanaşı HONOR Magic6 Pro səs, ekran, batareya xüsusiyyətlərində öz zirvəsini qoruyub saxlayır.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARDigər tərəfdən təkmilləşdirilmiş istifadəçi təcrübəsini daha yığcam bir cihaza gətirən marka, tədbirdə istifadəçilərinə ən yeni planşet Pad 9-u təqdim etdi. 20Hz yeniləmə tezliyi ilə diqqət çəkən 12,1 düymlük 2,5K HONOR FullView ekrana və HONOR Histen səs tənzimləmə texnologiyası və səkkiz dinamiki ilə diqqəti cəlb edir.

Süni intellektin inkişaf etdiyi bir dövrdə HONOR sənayenin qabaqcıl texnologiyalarını ictimaiyyətə çatdırmaq üçün tərəfdaşları ilə fəal əməkdaşlıq edir. Tədbirin açılışı zamanı HONOR smatfon ilə bərabər, insan mərkəzli təcrübələri gücləndirmək üçün platforma səviyyəli süni intellektlə təchiz edilmiş ən son AIPC-si HONOR MagicBook Pro 16-nı istifadəçilərə təqdim etdi. HONOR-un ən son texnoloji möcüzəsi olan Honor MagicBook Pro 16, texnologiya həvəskarlarının və noutbuk istifadəçilərinin uzun müddətdir gözlədiyi yeniliklərlə satışa çıxarıldı. HONOR MagicBook Pro 16 16 düymlük HONOR FullView Displey, 3072 x 1920, 100% DCI-P3 yüksək ayırdetmə qabiliyyəti ilə təchiz edilib. Bu komponentlər MagicBook Pro 16-ya nəinki yüksək performans təmin edir, həm də çoxlu tapşırıq və gərgin iş yüklərində belə üstün istifadəçi təcrübəsi verir.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARNəticə etibarilə, qlobal texnologiya brendi HONOR Device Co. Ltd. CEO-su George Zhao-nun tədbirdə verdiyi mesajlardan aydın olur ki, şirkət təkcə qabaqlayıcı texnologiyalara maraqlı deyil. Eyni zamanda gələcəyə dərin baxışla rəhbərlik edir. Şirkət tədbirdə əməkdaşlıqların və nailiyyətlərin əldə edilməsində kollektiv səyin vacibliyini vurğulayır. HONOR süni intellektin inkişafı üçün təhlükəsiz və etibarlı mühitin yaradılmasının vacibliyini diqqətə çatdırır. Tədbirdə istifadəçilərə təqdim edilən ən son modellər onu deməyə əsas verir ki, şirkət texnologiyadakı irəliləyişlərini məxfilik və təhlükəsizliyə xələl gətirmədən davam etdirir.

Qeyd edək ki, "HONOR"un Azərbaycan nümayəndəliyi tədbiri professionallıqla həyata keçirdi. Tədbir zamanı Azərbaycan mediası yüksək səviyyədə təmsil olunub və ən yeni texnologiyalar mətbuatda işıqlandırılıb. Azərbaycanda "HONOR" istifadəçilərinin sayı az deyil. Bu baxımdan gələcək sərgilərdə qarşılıqlı əməkdaşlıq xeyli güclənəcək. Bu möhtəşəm tədbirdə azərbaycanlı jurnalistlərin iştirakı təşkil edildiyi üçün "HONOR"un Azərbaycan nümayəndəliyindən Lamiyə xanıma və Nihal bəyə öz dərin təşəkkürlərimizi bildiririk.

Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARTexnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 939   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir. xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq. Bəyanatın mətnini deputat Ramid Namazov oxuyur

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr