Qarabağ Azərbaycanın daxilində göstərildi: Tarix dərsliyi erməniləri bir-birinə qatdı

Qarabağ Azərbaycanın daxilində göstərildi: Tarix dərsliyi erməniləri bir-birinə qatdıSon aylar Ermənistanın təlatümlü ictimai həyatına yeni bir qalmaqal da əlavə edilib. Baş nazir Nikol Paşinyanın göstərişi ilə orta məktəblərdə tədris edilən tarix dərsliyinin adının dəyişdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır. Nikol Paşinyanın fikrincə, bu günə qədər məktəblərdə "Erməni tarixi" adlı fənnin tədris edilməsi səhv addımdır və bu, erməni dövlətçiliyinin olmadığını büruzə verir. Bu səbəbdən də dərsliyin adı "Ermənistan tarixi" olaraq dəyişdirilib. Bu isə ciddi etirazlara səbəb olub. Xüsusən də müxalifət və kilsə bu addımı qəti şəkildə tənqid edir. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik.

Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib

Bir müddət əvvəl baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından "Erməni kilsəsinin tarixi" mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı "Vətənim" olaraq dəyişdirilib. Yeddinci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. Bununla yanaşı, dərsliklərə "məxməri inqilab" mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb. Atılan bu addımlar cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, "Erməni tarixi" siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb. Bu kitabda çoxlu səhv var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif.

Kilsənin cavab addımı

Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib. İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, "Erməni tarixi" fənninin yeddinci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib. Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti "aydınlatmaq" qərarına gəlib. Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib. Bundan əlavə, "Trésors d'Arménie" Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib. Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərs vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb.

Erməni dövlətçiliyindən imtina?
Kilsənin sifarişi ilə tənqidçilər sırasına son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub. O, daha da irəli gedərək, baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib.

İrəvan Dövlət Universitetinin tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub. Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb. Bundan əlavə, müxalifətin müxtəlif simaları, şərqşünas və politoloqlar da kilsənin səsinə səs verərək, tənqid axınına qoşulublar. Səsləndirilən tənqidi bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub.

Paşinyanın cəza tədbirləri işə düşüb

Tənqidlərin ardı-arası kəsilmədiyi və yeni-yeni simaların axına qoşulduğundan Paşinyanın cəza maşını işə düşüb. Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq. Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və doqquz əməkdaşı işsiz qalacaq. Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub. Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri zəmanətli dərsliklər siyahısından çıxarılan "Ermənistan tarixi" adlı digər dərsliyin həmmüəllifidir.

Təhsil nazirinin istefası tələb olunur

Bununla belə, etirazlar səngimir və "Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin" adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, "Zartnok" qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub. Təşkilatçılar elan ediblər ki, nazir istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək.

Yuxarıda sadalananlardan məlum olur ki, Paşinyan - kilsə qarşıdurması yeni mərhələyə qədəm qoyur. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər. N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır. Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 760   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə

29 sentyabr