"TikTok"da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)

"TikTok"da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)Ötən həftə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "TikTok"un platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolov ilə görüşüb. Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar. "TikTok" şirkəti ilə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması müzakirə olunub. Əvvəllər bu sosial şəbəkədən istifadə geniş yayılmasa da, qısa müddət ərzində maraq artmağa başladı. Artıq "TikTok" platforması dünyada əksər istifadəçilərin qazanc mənbəyinə çevrilib.

Bəs "TikTok"da pulu necə qazanırlar?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, "TikTok"dan gəlir əldə etməyin bir neçə yolu var.

Onun sözlərinə görə, bunlardan biri də canlı yayımlardır və canlı yayımlar hədiyyə sistemi ilə işləyir: "TikTok" istifadəçiləri profilə daxil olduqda "pul kisəsi" bölməsinə daxil olub, "coin" adlı virtual valyutaları alırlar. 100 "coin" 1,29 dollar (təxmini 2 manat) dəyərindədir. Platformada izlədiyiniz, bəyəndiyiniz insanlara canlı yayımda sizə təqdim etdikləri keyfiyyətli məzmuna təşəkkür olaraq, bu hədiyyələri göndərə bilərsiniz. İzlədiyiniz insanlar həmin "coin"ləri əvvəlcə "almaz"lara, daha sonra isə nəğd pula çevirə bilirlər".

Ekspert "TikTok"da hədiyyələrdən 44-48 %-ə yaxın hissəsinin platformanın özünə, geri qalan 52 % və üzərinin isə istifadəçiyə çatdığını söyləyib. O həmçinin bildirib ki, istifadəçi eyni vaxtda çox hədiyyə aldıqda "TikTok" bunun müqabilində endirim edir:

"TikTok"da canlı yayımlar zamanı pul şəklində hədiyyələr göndərilir. Hədiyyələrin ən kiçiyi güldür (0,1 qəpik), ən böyüyü isə "TikTok" jetonu hesab olunur (800 manat). Bu qiymətlər göndərilən şəxsə çatan məbləğdir. Göndərən isə həmin hədiyyəni daha böyük məbləğə alır".

E.Abbasov həmçinin jetonların hesablanma qaydasından da danışıb: "Min jeton 1 K-dır. Manatla hesabladıqda min jeton təqribən 20 manata bərabərdir. Məsələn, "TikTok"da bir şir 30 min K-dır. 30 mini 20-yə vurduqda 600 manat edir. Yəni "TikTok"da bir şir jetonunun qiyməti 600 manata bərabərdir. Platformada ən bahalı hədiyyə isə "TikTok" jetonudur. Onun dəyəri 40 min jetondur. 40-ı 20 yə vuraraq onun dəyərinin 800 manat etdiyini görə bilərik".

"TikTok"da 6000 almaz hazırda 127.20 dollar dəyərindədir, çünki iki sikkə bir almaza bərabərdir. Bununla belə, 6000 brilyant real pul üçün nağdlaşdırıldıqda, yayımçı yalnız 63.60 dollar alacaq, çünki "TikTok" qalan 63.60 dolları 50% mübadilə haqqı olaraq saxlayır.

Beləliklə, "TikTok"da ən bahalı hədiyyələrin bir qismini jetonlarla təqdim edirik:

"TikTok" Universe - 44 999

Aslan - 29 999

Leon və Aslan - 34 000

Bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi Qrifon - 25 999

Yaxta - 20 000

"TikTok" stars - 39 999

Qızıl idman avtomobili - 29 999

Balina - 30 000 - 34 000

Əjdaha - 26 999
"TikTok"da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)"TikTok"da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)"TikTok"da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)"TikTok"da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr