"Baş verən mina hadisələri sübut edir ki, Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək" - DEPUTAT
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib. Mina partlayışı nəticəsində 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir.
"2020-ci ildə Üçtərəfli Bəyanatın imzalandığı gündən bu günə qədər yüzlərlə insan mina terroru nəticəsində həlak olub və müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl barbarlıq və vandalizm törədib. Ermənilərin xalqımıza qarşı törətdiyi hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. Baş verən hadisələr erməni terrorizminin yeni formasıdır.44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunsa da, dağıntılar və minaların basdırılması soydaşlarımızın evlərinə təhlükəsiz şəkildə qayıtmasına çox böyük əngəldir. Hər dəfə Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib. Məqsəd də vətəndaşlarımızın öz ev evlərinə geri qayıtmasına əngəl olmaqdır. Baş verən mina hadisələri bir daha sübut edir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil. Terror və təxribat yolu ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır".
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman sülhün və barışığın tərəfində olub:
"Təəssüf ki, bu sözləri Ermənistana aid etmək olmaz. Azərbaycan dəfələrləsülh əlini uzatsa da Ermənistan məkrli niyyətindən əl çəkmək istəmir. Mülki vətəndaşlara qarşı yönəlmiş mina terroru və sərhəddə törətdiyi təxribatlar bunun bariz nümunəsidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 865 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabrƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind
30 sentyabrXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabr"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov
"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer
29 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrMilli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrHacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabr