Şagirdlərin hamilə qalmasında günahkar kimdir: MƏKTƏB YOXSA VALİDEYN ? - AÇIQLAMA

Şagirdlərin hamilə qalmasında günahkar kimdir: MƏKTƏB YOXSA VALİDEYN ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib. Bu zaman hadisə ilə bağlı bir sual yaranır. Məktəbdə çağında uşaqların ana olması, hamilə qalmasının günahkarı məktəbdir yoxsa valideyn?

Mövzu il bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlamasında bildirib ki, baş verən hadisələr çox böyük təəssüf doğurur. Bu o deməkdir ki, təhsilə nəzarət mexanizmində problemlər var. Bütün bunlar regionlarda və bölgələrdə orta məktəblərə nəzarət mexanizminin zəifliyindən irəli gəlir:

"Yerli təhsil şöbələri, Elm və Təhsil Nazirliyinin yerli strukturları təhsil müəssisələrinə, xüsusilə şagirdlərin davamiyyətinə, məktəblərdə psixoloji fəaliyyətin zəifliyindən xəbər verir. Necə ola bilər uşaq dərsə gəlməsin və ona iştirak edir yazılsın. Bu təhsil sahəsində çox kobud bir pozuntudur. Hesab edirəm ki, burada məsuliyyət daşıyan qurumlar və şəxslər hüquqi məsuliyyətə cəlb olunmalıdır. 11-ci sinif şagirdinin uşaq dünyaya gətirməsi digər şagirdlər üçün pis örnəkdir. Həmin məktəbdə tədris mühitinin arzuolunmaz vəziyyətinin təzahürlərindən biridir. Əvvəllər, hətta sovetlər dönəmində belə hadisələr orta məktəblərdə nadir hallarda baş verirdi. Bu hadisələrə qarşı hüquqi səviyyədə çox sərt tədbirlər görülürdü. Məktəb direktoru məktəbdən kənarlaşdırılırdı. Müvafiq sahə şəxsləri hüquqi məsuliyyət daşıyırdı. Həmin uşaq dünyaya gətirən şagirdin valideynlərinə qarşı isə böyük ictimai qınaq olurdu".

Üzeyir Şəfiyev deyib ki, bu həm də uşaqlar üzərində valideyn nəzarətsizliyidir. Valideynin ailədə olan boşluğu belə hadisələrə səbəb olur. Bu həm ailə vəziyyətinin nəzarətsizliyi və məktəbdəki intizam mühitinin arzuolunmaz olduğunu bir daha təsdiqləyir:

"11-ci sinif şagirdinin uşaq dünyaya gətirməsi və uşaqların nişanlanması, onlara göz yumulması ilk olaraq hüquqi məsuliyyət yaradır. Çox yaxşı olar ki, bununla bağlı ölkənin bütün məktəblərində monitorinqlər aparılsın. Düşünürəm ki, bu tək Salyanda baş verən məktəbin işi deyil. Oxşar vəziyyət digər məktəblərdə var. Biz saytlarda xəbərlərin kontent təhlilini aparanda görürük ki, digər bölgələrdə oxşar vəziyyətlər var. Elm və Təhsil Nazirliyinin və yerli strukturlarının məktəblər ilə əlaqəsi yenidən qurulmalıdır. Bu məsələyə yenidən baxılmalı və məktəb nəzarətsiz olmamalıdır. Məktəbdə tərbiyə işlərinə xüsusi diqqət yetirilməlidir. Valideynlərin uşaqları ilə bağlı nəzarəti mütləq şəkildə gücləndirilməlidir. Valideynlə məktəb birlikdə işləməlidir. Məktəb-valideyn-şagird üçbucağı məsələ var. Bu 2009-cu ildə qəbul olunmuş Təhsil haqqında qanunda öz əksini tapır. Bu mexanizm inkişaf etdirilməlidir".

Sosioloqun sözlərinə görə, ümumiyyətlə Elm və Təhsil Nazirliyinin məktəblər üzərində nəzarəti zəifdir. Təlim-tərbiyə işləri düzgün qurulmayıb. Xüsusilə, repetitorluq institutu məktəbdə uşaqlarına sosiallaşmasına təsir göstərir. 8-ci sinifdən başlayaraq uşaqlar daha çox repetitor yanına gedir və məktəb mühitindən uzaqlaşır:

"Məktəblərin bəziləri neqativ hallara yol verərək uşaqları nəinsə müqabilində repetitor yanına getməyə şərait yaradır. Çünki məktəb mühitində oxuyan uşaq normal sosiallaşma mühiti varsa daha yaxşı ünsiyyət qurula bilər. Məktəb tədris verir, amma təlim-tərbiyə funksiyası da var. Digər tərəfdən müəllimlər bu hallara şərait yaradır. Çünki repetitorların bir çoxları elə həmin müəllimlərin özləridir. Məktəblərdə müəllimlərin şagirdə, şagirdin isə şagirdə münasibəti üzərində düşünməlidir. Burada həssas nəzarət mexanizmi olmalıdır. Sosial şəbəkə vahidləri şagirdlərin davranışlarının formalaşmasına təsir göstərir. Hesab edirəm ki bu baxımdan məktəb ilə işin qurulmasına yenidən baxılmalıdır. Güman edirəm ki, baş verən hadisələr təhsilə nəzarət institutlarını səfərbər edəcək. Nəzarət mexanizmi gücləndirilməsə bu kimi hallar getdikcə artacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1599   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr